Əbülfəs Qarayev mətbuat katibinə ev bağışlayıb, həmçinin jurnalistlər binasından ev verilib

Baxış sayı: 
64
2  
0  

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev və onun ətrafındakı söz-söhbətlərin, qalmaqalların ardı-arası kəsilmir.
 
İndi isə bir neçə gün əvvələ qədər Əbülfəs Qarayevin rəhbəri olduğu Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətovun jurnalistlər üçün ayrılan binalardan iki ev alması haqda məlumatlar yayılıb.
 
Bildirilir ki, Dövlət Təhlükəsizlik Xidməti nazirlikdə əməliyyat keçirən zaman İntiqam Hümbətov da məhz buna görə saxlanılaraq dindirilib və sonradan sərbəst buraxılıb.
 
İ.Hümbətovun jurnalistlərin binasından iki ev alması ilə bağlı məlumatlar yayılan zaman Musavat.com onunla əlaqə saxlayıb.
 
VİRTUAL AZƏRBAYCAN
 
Əvvəlcə Musavat.com onu da dəqiqləşdirib ki, İ.Hümbətov ailə həyatı quran zaman nazir Əbülfəs Qarayev ona ev bağışlayıbmış.
 
İ.Hümbətov barəsində deyilən fikirlərə münasibət bildirmək istəməyib. O, jurnalistlərin binasından iki ev alması, nazirin ona mənzil bağışlaması haqda danışmaqdan imtina edib. Ancaq məlumatı təkzib də etməyib.
 
Bundan başqa İ.Hümbətov DTX tərəfindən saxlanılması və dindirilməsi haqda məlumatlara da münasibət bildirmək istəməyib.
 
Xatırladaq ki, mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu həbs edilib.
 
Həbs olunan nazir müavini iki il idi təyin edilmişdi
 
Rafiq Bayramov
 
İttihama görə onlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nazirliyin vəzifəli şəxslərindən müxtəlif məbləğlərdə pul vəsaitləri alıblar.
 

 
Zakir Sultanov
 
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə məsuliyyətə cəlb ediliblər.
 
Bir neçə gün əvvəl isə Ə.Qarayev nazir vəzifəsindən azad edilib.

Загрузка...
Загрузка...