“Bu xəbəri yayanların kim olduğunu bilirəm...” - Mübariz İbrahimovun qardaşı danışdı...

Baxış sayı: 
94
1  
0  

“Anam Şamama xanımın dünyasını dəyişməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”.

Turaninfo.org xəbər verir ki,Bunu Moderator.az-a Milli Qəhrəman Mübariz İbrahimovun qardaşı Rəşad İbrahimov deyib. 

R.İbrahimov bildirib ki, bunu yayanların məqsədinin nə olduğunu bilmir:

“Axşamdan bu xəbəri yayıblar. Özüm evdə ola-ola çaş-baş qalmışam ki, bu xəbəri kimlər yayıb. Anam sağ- salamatdır, səhhətində də heç bir problem yoxdur. Ağılı başında, Azərbaycan vətəndaşı olan insan belə yalnış xəbəri yaymaz. Dostlar bildirdilər ki, bu xəbəri Rüstəm Zeynalov adlı şəxs özünün “facebook” və “İnstaqram” sosial şəbəkəsində yayıb. Mən onunla da danışdım dedim ki, bu anormallıqdır. Özünə haqq qazandırmağa çalışsa da, başa salmağa çalışdım ki, dəqiqləşdirmədən belə xəbəri yaymaq doğru deyil. Dünəndən bizə nə qədər zənglər olub. Bu xırda məsələ deyil axı”. 

Xatırladaq ki, bu gün sosial şəbəkələrdə və bəzi saytlarda Milli Qəhrəman Mübariz İbrahimovun anasının vəfatı barədə xəbər yayılıb. 

 

Загрузка...
Загрузка...