“BU VİRUS HƏLƏ 2015-ci İLDƏ LABORATORİYADA HAZIRLANIB!” - "Çin hökuməti ilk gündən hər şeyi bilirdi"

Baxış sayı: 
218
1  
0  

Rusiyada ən populyar elmi-fantastik əsərlərin yaradıcısı kimi tanınan yazıçı Leonid Kaqanovun bütün dünyanı bürüyən koronavirus epidemiyası ilə bağlı son yazısı ölkədə böyük marağa səbəb olub. Turaninfo.org "AzPolitika.info"-ya istinadən xəbər verir ki, fikirlərinin fantaziya deyil, real faktlara və sənədlərə əsaslandığını bildirən L.Kaqanov Rusiya mətbu orqanlarının bir çoxunda dərc edilən və geniş müzakirə olunan yazısında bildirir ki, COVİD-19 adı verilən bu virus hələ 2014-cü ildə hazırlanmağa başlayıb. Bir il sonra isə bu iş yekunlaşdırılıb.

“Ura! Bu mümkündür!”

Koronavirusun hələ 2015-ci ildə laboratoriyada yarandığını iddia edən Kaqanov yazır: “2015-ci ildə planetin ən başlıca elmi dərgisi olan “Nature”də “quru” bir məqalə dərc edilmişdi. Orada deyilirdi ki, 2014-cü ildə ABŞ-ın Şimali Karolina Universitetinin alimləri yeni araşdırmaya başlayıblar. Onlar insan üçün təhlükəli olmayan Çin yarasasından götürdükləri SHC014 koronavirusunu artıq həmin dövrdə bəşəriyyətə yaxşı məlum olan SARS virusuna keçiriblər. Bundan cəmi bircə il sonra gərgin əməyin nəticəsi olaraq, insanlar arasında epidemiya yarada bilən təzə bir hibrid meydana çıxdı. Araşdırmanın rəsmən elan olunan məqsədi bir suala cavab vermək idi ki, yarasanın virusu təbiətdə mutasiyaya uğrayaraq, insan üçün təhlükə yarada bilərmi? Bunun üçün virusun test borusunda mutasiya etməsinə şərait yaradıldı. Və nəticədə sübut etdilər – “Ura! bu mümkündür”. Əminəm ki, alimlər bu zaman səhiyyə üçün gərəkli və xeyirli araşdırma apardıqlarına inanıblar...”

 

 

 
Загрузка...
Загрузка...