Bu şəxslər həbs olunacaq - Nazirdən XƏBƏRDARLIQ

Baxış sayı: 
121
2  
0  

Karantinə tabe olmamaq kimi xalqın sağlamlığını təhdid edən davranışlar cinayət hesab olunur.
publika.az xəbər verir ki, bunu Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül deyib.

“Sevdiklərimiz və ölkəmizin yaxşılığı üçün rəsmi qurumların tövsiyə etdiyi tədbirlərə diqqətlə əməl olunmalıdır”, - nazir bildirib.
Qeyd edək ki, İranda koronavirusun yayılmasına qarşı görülən tədbirləri tətbiq etməyənlər və xəstəliyini gizlədənlər 1 ilə qədər həbs cəzasına məhkum olunacaq. “Mehr” xəbər agentliyinə açıqlama verən prokurorluq rəsmisi Rza Məsudifər virusun kəskin artım sürətinə diqqət çəkib: “Sərgi, festival, ticarət mərkəzi kimi kütləvi məkanlardan məsul olan şəxslər Səhiyyə Nazirliyinin xəbərdarlıqlarına məhəl qoymayaraq lazımi tədbirləri görməsələr, xalqın sağlamlığını təhdid etməkdə ittiham olunacaqlar və Cinayət Məcəlləsinin 688-ci maddəsinə görə, 1 ilə qədər həbs cəzasına məhkum ediləcəklər”.
 

Загрузка...
Загрузка...