​Bu ərazilər qazsız qaldı - QƏZA

Baxış sayı: 
32
1  
0  

Goranboy rayonunda telekommunikasiya xəttinin çəkilişi zamanı texnika ilə diametri 160 mm olan polietilen qaz xəttini qırıblar.
 
Bu barədə Publika.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
 
Bildirilib ki, ümumilikdə, 6 kəndin (Xoylu, Qaradağlı, Şadlı, Nizami, Yolpaq və Şirinbəyli) 2 minə yaxın abonentinin qaz təchizatında fasilə yaranıb.

Загрузка...
Загрузка...