Bu qurumun fəaliyyətində nöqsanlar aşkarlandı - Gəlirlər gizlədildi

Baxış sayı: 
43
1  
0  

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (Fond) fəaliyyətində nöqsanlar aşkar edilib.  

 

Turaninfo.org bu barədə Hesablama Palatasının, Fondun 2016-2017-ci illərdəki fəaliyyəti üzrə yaydığı audit hesabatına istinadən xəbər verir.

Fondun birja fəaliyyəti olmadığı halda “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın “Birja əməliyyatlarından gəlir” maddəsində 1 512 402,98 manat məbləğində gəlir göstərilib, güzəştli kreditlərdən 43 583 manat məbləğində maliyyə gəlirləri (faizlər) əldə edildiyi halda “Sair əməliyyat gəlirləri” maddəsində 43 583 manat məbləğində gəlir göstərilməyib, “Sərf edilmiş materialların dəyəri” maddəsi üzrə xərclər 4 871 manat əvəzinə 4 182 manat və yaxud 689 manat az göstərilib.

Fondun vəsaiti hesabına güzəştli kreditlərin güzəştli kreditlərin verilməsi üçün müsabiqə şərtlərini Müşahidə Şurası təsdiq etməyib. Güzəştli kreditlər vasitəsilə maliyyələşmənin mexanizmi üzrə əlavə reqlament hazırlanmayıb.

Qeyd edək ki, 2014-2017-ci illərdə Fond 5 müvəkkil bank vasitəsilə 13 hüquqi şəxsə 10,02 mln. manat güzəştli kredit verib ki, bunun da 5 mln. manatı və yaxud 49,9%-i 2016-2017-ci illərdə 1 müvəkkil bank vasitəsilə 5 halda 4 hüquqi şəxsə verilən güzəştli kreditlərdən ibarət olub. O cümlədən 2016-cı ildə 2 hüquqi şəxsə 3,5 mln. manat, 2017-ci ildə isə 3 hüquqi şəxsə 1,5 mln. manat verilib.

Dövlət öhdəliyi qəbul edilmədiyi halda 2015-ci ilin cari xərcləri (telefon, abunə haqqı və çap işləri) üzrə yaranmış 980 manat məbləğində kreditor borcun 140 manatı 2016-cı ilin, 840 manatı isə 2017-ci ilin dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına ödənilərək icra edilib.

2016-cı il üzrə maliyyə hesabatlarının “Pricewaterhouse Coopers Audit Azerbaijan” şirkəti tərəfindən aparılan auditi ilə ancaq daxili nəzarət sistemləri qiymətləndirilib, Fondun maliyyə vəziyyətini, gəlir və xərclərini, kapitalda baş verən dəyişiklikləri və pul vəsaitlərinin hərəkətini düzgün və ədalətli əks etdiribetdirməməsi barədə rəy verilməyib.

İşçilər arasında vəzifələrə uyğun iş bölgüsünün aparılmaması və bəzi işçilərin əlavə işlə yüklənməsi səhvlərə yol vermə və ya sui-istifadə hallarının baş vermə riskini yaradıb.

Auditin nəticələri ilə bağlı Fonda kollegiya qərarının surəti və təqdimat göndərilib, nəzarət tədbirinin nəticələri üzrə Milli Məclisə məlumat verilib.

Загрузка...
Загрузка...