Bu qidaları əsla soyuducuya qoymayın - Təhlükə saçır, amma xəbəriniz olmur

Baxış sayı: 
113
1  
0  

 

Meyvə və tərəvəzlər vasitəsilə orqanizmin ehtiyac duyduğu vitaminlər, mineral və bir çox ünsürlərin tələbatını ödəyə bilirik. Təbii, bunun üçün onların da sağlığını qorumaq lazımdır. Bəzi meyvə və tərəvəzlərin əsla soyuducuya qoyulmaması məsləhət görülür. Bir çox qida soyuducuda xarab olmadan qalsa da, bəziləri tərkibindəki faydalı qida maddələrini itirir.
 
Publika.az soyuducuya qoyularkən təhlükə saçan qidaların siyahısını təqdim edir.
 
Pomidor
 
Pomidorun soyuducuda qumlu hala gələn quruluşu dadını azaldır. Sürətlə yumşalmağa başladığı üçün bakteriyalar əmələ gəlir və bu halda istifadə ediləndə sağlıqda problem yaradır.
 
Kartof
 
Dadı və toxumaları mənfi təsir görür. Kartof yavaş-yavaş çürüməyə başlayar, amma soyuducuda olduğu üçün görüntüsündə dəyişiklik olmaz. Buna görə də çürüdüyü bəlli olmaz.
 
 
 
Sarımsaq
 
Quru və sərin şəraitdə 3 ay boyunca olduğu kimi qalır. Soyuducuda ikən ətrafındakı hava anti-sarımsaq təsiri göstərir.
 
Kofe
 
Soyuducuda nəmlənir və ləzzətini itirir. Qısa müddət sonra boyatlayır.
 
Şirniyyatlar
 
Şəkərli qidaları soyuducudan uzaq saxlamaqda fayda var. Çünki onların ləzzəti və forması dəyişir.
 
 
 
Ananas
 
Ananas kimi tropik meyvələri soyuducuda saxlamaq qısa müddətdə çürüməsinə səbəb olur.
 
Qarpız
 
Soyuducu havası qarpızın tez müddətdə xarab olmasına səbəb olur.
 
Çörək
 
Bişmiş un məmulatları soyuducuda təzəliyini itirir.
 
 
 
Reyhan
 
Soyuducuya qoyulduğu andan etibarən rəngi, dadı və qoxusu dəyişir.
 
Zümrüd

Загрузка...
Загрузка...