​Bu planetin istiliyi hidrogen molekullarını parçalayacaq səviyyədədir - FOTO

Baxış sayı: 
138
1  
0  

Ən isti planet olaraq kəşf edilən KELT-9b-nin səth istiliyinin planetin atmosfer qatındakı hidrogen molekullarını parçalayacaq səviyyədə olduğu müəyyən edilib.
 
 
 
Publika.az xəbər verir ki, planetdə hər gün gündüz vaxtı bu hadisə təkrarlanır və molekullar gecə yenidən birləşir.
 
KELT-9b-nin Yupiterin 3 misli qədər kütləyə sahib bir planet olduğu bildirilir. Planetin səth istiliyi 4300 dərəcə selsiyə qədər yüksəkdir. Bu, KELT-9b-ni indiyə qədər kəşf edilmiş ən yüksək temperatura sahib bir planet etməyə kifayət edir.
 
670 işıq ili məsafəsində molekulları parçalara ayıracaq qədər yüksək səth istiliyinə sahib olan ekzoplanet ABŞ Milli Kosmos və Aeronavtika İdarəsi (NASA) tərəfindən yaşayış üçün yararsız olan planetlər kateqoriyasına daxil edilib.

Загрузка...
Загрузка...