Bu ölkələr gələcəkdə benzin və dizeldən tamamilə imtina edəcəklər

 
 
 
 
Gələcəkdə nəqliyyat vasitələrində dizel və benzini  qadağan edən ölkələrin sayı artmaqdadır. Dünyanın ən böyük iqtisadi gücləri  arasında adları çəkilən Çin, Hindistan, Fransa, İngiltərə və Norveç kimi ölkələr benzinli və dizel nəqliyyat vasitələrini müxtəlif tarixlərdə qadağan etməyə hazırlaşırlar. Beynəlxalq Enerji Agentliyi verilən məlumata görə, bu qərara gələn ölkələrin sayı səkkizə çatıb. 
Dünyanın ən böyük avtomobil bazarına sahib olan Çin yaxın gələcəkdə yanacaq vasitəsilə həkətə edən avtomobillərin  satışını dayandırmağa çalışır. Bu məqsədlə,   böyük avtomobil şirkətlərinə elektrik enerjisi ilə idarə olunacaq  avtomobillərin hazırlanması üçün  səylərini artırmalarını tövsiyyə edib. Bu, Çində artıq yaxın gələcək üçün bir hədəfə çevrilib.
 
Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Xin Guobin hökumətin  yanacaqla idarə olunan avtomobillərin istehsal və satışına son qoyulacaq tarixi müəyyənləşdirməyə çalışdığını bildirib. Bu qərar bütün dünyada  avtomobil sənayesinə böyük təsir göstərəcək.
 
Amma Çin bu siyahıda tək deyil. Moderator.az xəbər verir ki, İngiltərə ekoloji çirklənmənin qarşısını almaq üçün 2040-cı ildə benzinlə hərəkət edən avtomobillərin istehsal və satışına son qoyacaq. 2050-ci ildən sonra isə ümumiyyətlə, bu cür avtomobillərin istifadəsi qadağan ediləcək. İngilətərədə hər il orta hesabla 2,7 milyon avtomobil satılır. Ölkə bu göstərici ilə dünyada 6-cı yerdədir.
 
Fransa da qlobal istiləşmənin qarşısını almaq, ekoloji böhranı aradan qaldırmaq üçün bu yola əl atmaq fikrindədir. Orada da 2040-cı ildən etibarən əsasən, elektrik enerjisi və ya alternativ yanacaqla  hərəkət edəcək avtomobillər istehsala buraxılacaq.
 
Almaniya da benzinə “yox” deyəcək ölkələr sırasındadır. Lakin burada həmin qərarın icrası ilə bağlı konkret tarix bilinmir. Ölkədə benzin yerinə təmiz yanacaqdan istifadə ediləcəyi bildirilir.
Siyahıdakı digər ölkələr bunlardı: Hindistan, Norveç, Avstriya, Danimarka, Yaponiya, Cənubi Koreya, İrlandiya, Portuqaliya, İspaniya.
 
Hazırladı: Elmin

Загрузка...
Загрузка...