​Bu ölkədə təmiz havanı da pulla satırlar

Baxış sayı: 
56
1  
0  

Hava çirkliliyi ilə rekord qıran Hindistanın paytaxtı Yeni Dehlidə yerləşən bir şirkət təmiz havanı pul qarşılığında satmağa başlayıb.
 
Musavat.com bu barədə “Star”a istinadən xəbər verir.
 
Məlumata görə, müştərilər balonlara doldurularaq satılan havanın 15 dəqiqəsi üçün təxmini 7 dollar (12 azn) pul ödəməli olurlar.
 
Bundan başqa istəyə uyğun olaraq “aromalı” və “nanəli” təmiz hava da müştərilərə təklif edilir.
 
Qeyd edək ki, bir neçə gündür, paytaxtda hava kirliliyi ən kritik həddə çatıb. Dövlət rəsmilərinin verdiyi açıqlamalardan da məlum olur ki, hökumət bunun qarşısını almaqda acizdir. Bununla yanaşı, artıq Avropa ölkələrindən problemin aradan qaldırılması üçün mütəxəssislər də ölkəyə dəvət edilib.
 
Rəsmi açıqlamalarda bildirilir ki, Yeni Dehli hava keyfiyyəti indeksində 527 balla dünyada bu günə qədər ölçülmüş ən çirkli hava rekordunu təzələyib. Bu göstərici Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi səviyyədən 20 dəfə daha çoxdur.
 
Musavat.com

Загрузка...
Загрузка...