Bu ölkədə ŞOK HÜCUM: 100 nəfər öldü, 150 yaralı var

Baxış sayı: 
131
2  
0  

Yəmənin Marib şəhərində İranın dəstəklədiyi Husi silahlılarının hərbi düşərgəyə hücumu nəticəsində ölənlərin sayı 100-ə çatıb. 150-dən çox yaralı var.
 
Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, ölənlərin və yaralıların əksəriyyəti hərbçilərdir. Hücum əsgərlər istirahət edən vaxta təsadüf edib. Məlumata görə, hücum pilotsuz uçuş aparatları ilə təşkil edilib.
 
Qanlı hadisədən sonra hökumət qüvvələri bəzi cəbhələrdə Husi üsyançılarına qarşı hücumlar təşkil edib. Rəsmi mənbələrə görə, 23 Husi silahlısı öldürülüb.
 
Anar Türkeş

Загрузка...
Загрузка...