Bu müharibə ölkənin sonunu gətirəcək - Dini liderdən DƏHŞƏTLİ XƏBƏRDARLIQ

Baxış sayı: 
103
1  
0  

ABŞ və İran arasında müharibə ehtimalına qarşı ciddi münasibət sərgilənməməsi halında, iki tərəf arasında başlayacaq müharibə İraqın sonunu gətirəcək.
Turaninfo.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu İraqın “Sədr” hərəkatının lideri Müqtəda əs-Sədr deyib.
 
 
 
“Mən İran və ABŞ arasında bir müharibənin başlanmasının tərəfdarı deyiləm. İraqın da bu müharibəyə sürüklənib İran və ABŞ arasında qarşıdurma meydanı olmasının tərəfdarı deyiləm. İraq olaraq birlik içərisində olmasaq və ciddi münasibət sərgiləməsək ABŞ-İran müharibəsi İraqın sonunu gətirər”, - İraqın şiə lideri xəbərdarlıq edib.
 
Onun sözlərinə görə, hər hansı tərəf İraqı müharibəyə sürükləyərsə və bu, ölkənin müharibə meydanı olmasına səbəb olarsa, o, İraq xalqının düşməni olacaq.

Загрузка...
Загрузка...