Bu iddia bomba effekti yaradacaq - Rusiya Türkiyədən CAVAB GÖZLƏYİR

Baxış sayı: 
22
1  
0  

Türkiyə hakimiyyəti “Su-35” çoxməqsədli qırıcılarının alınması haqqında Rusiyanın təklifini qiymətləndirir.
 
Publika.az xəbər verir ki, bu haqda hərbi mənbəyə istinadən “Yeni Şəfəq” nəşri bildirib.
 
Nəşrin yazdığına görə, silahların alınmasına cavabdeh olan Türkiyə hakimiyyət orqanları Müdafiə Sənayesi katibliyi, hava qüvvələri komandanlığı və digər maraqlı idarələrdən Rusiyanın təklifinin qiymətləndirməsini istəyib. Əgər müsbət rəylər alınarsa, Rusiya ilə bu mövzuda danışıqlara start veriləcək.
 
Daha əvvəl “Rostex” dövlət korporasiyasının başçısı Sergey Çemezov bildirib ki, Ankaranın arzusu olduğu halda, Moskva “Su-35”-ləri Türkiyəyə satmağa hazırdır. Öz növbəsində, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib ki, ABŞ “F-35” qırıcılarını Türkiyəyə satmaqdan imtina edəcəyi halda, eyni texnikanı başqa yerdə axtaracaq.
 
Ankaradan hələlik Rusiya qırıcılarının alınması haqqında rəsmi şərhlər verilməyib.
 
Xatırladaq ki, ABŞ daha əvvəl Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınmasına görə Türkiyəni “F-35” proqramından çıxarıb.
 
Ömər Dağlı

Загрузка...
Загрузка...