​Bu gündən ticarət obyektləri açılır - SİYAHI/VİDEO

Baxış sayı: 
121
3  
0  

 
 
Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarına əsasən, bu gündən etibarən bəzi səhalərin fəaliyyətinə icazə verilib.
 
Publika.az xəbər verir ki, bunlar aşağıdakılardır:
 
- Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;
 
- maşın və avadanlıqların istehsalı;
 
- elektrik avadanlıqlarının istehsalı;
 
- kompüter, elektron və optik məhsulların istehsalı;
 
- avtomobil, qoşqu və yarımqoşquların istehsalı;
 
- sair nəqliyyat vasitələrinin istehsalı;
 
- poliqrafiya məhsullarının istehsalı;
 
- zərgərlik məmulatlarının istehsalı;
 
- musiqi alətləri, idman mallarının istehsalı;
 
- geyim istehsalı;
 
- toxuculuq sənayesi;
 
- ayaqqabıların istehsalı;
 
- dəri və dəri məmulatlarının istehsalı;
 
- tütün məmulatlarının istehsalı;
 
- sair sənaye məhsullarının istehsalı.

Загрузка...
Загрузка...