Bu gün manatın ad günüdür — Milli valyutamızın tarixçəsi

Baxış sayı: 
126
1  
0  
Bu gün Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 26 il keçir.

 

"Turaninfo.org" bu gün milli valyutamız manatın tarixinə qısa bir səyahət edəcək.

 Milli pul vahidi bir ölkənin suverenliyinin əsas atributlarından biridir. Azərbaycanın müstəqilliyinin bərpasından sonra milli valyuta sayılan manat 1992-ci ilin 15 avqust tarixindən etibarən tədavülə buraxılıb.
 
Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun vaxtında başlanılmış, Əbülfəz Elçibəyin vaxtında isə bu reallaşıb. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxıldı. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir.

 

 Ölkədə pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası, Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyuldu.
 
Bununla əlaqədar olaraq, 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əskinaslar dövriyyəyə buraxıldı. Azərbaycan Respublikasının 1-ci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir. Yeni dizaynla 1 və 10 manatlıq əskinaslar həmin şirkətdə istehsal olunub.
 
1992-ci ilin avqustundan 1994-cü ilin yanvar ayına qədər Azərbaycan ərazisində 1 manat : 10 rubl nisbətində ödənişlər həyata keçirilirdi. Ölkədə hələ də Sovet dövründən qalma rus rublunun olduğu üçün manatla rublun nisbəti belə müəyyənləşdirilmişdi. Paralel olaraq rubl da dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunurdu. 
 
Həmin dövrdə Mərkəzi Bank tərəfindən müstəqil pul siyasətinin yeridilməsinə şərait yaratmaq üçün manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olmasının təsbit edilməsi zərurətə çevrildi. 1993-cü ilin 11 dekabr tarixində Ümummilli Lider cənab Heydər Əliyevin “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” Fərmanı bu məsələdə mühüm rol oynadı. Bu fərmanla manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edildi və Azərbaycanın rubl zonasından çıxması təmin edildi. 
 
Ölkə ərazisində manatın yeganə ödəniş vasitəsi olması ümummilli lider cənab Heydər Əliyevin sədrliyi ilə yaradılmış Dövlət komissiyası tərəfindən hazırlanmış və 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə keçirilmiş referendumda qəbul olunmuş Konstitusiya aktı ilə bir daha öz təsdiqini tapdı. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının pul vahidinin manat olduğu müəyyən edilmiş və Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan edildi. Bütün bunlar manatın məzənnəsinin sabitləşməsi və möhkəmlənməsi, onun, sözün əsl mənasında, milli valyutaya çevrilməsi üçün münbit şərait yaratdı.

Yeni nəsil pul nişanları
 
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxıldı.
 
Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi yasaqdır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka məxsusdur. 
 
Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutuldu.
• Sikkələr: 1, 3, 5, 10, 20, 50 qəpik
• Əsginazlar: 1, 5, 10, 20, 50, 100 manat
 
Yeni Azərbaycan manatı 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olundu.
 
Bir manat
 
Mədəniyyət mövzusuna həsr olunub. Əsginas 120x70 mm ölçüdə olan xüsusi kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində Azərbaycanın milli musiqi alətlərinin – tar, kamança və dəfin qrafik təsvirləri verilmişdir. Arxa fonda qədim Azərbaycan xalçasının naxışları vardır. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycanın milli ornamentləri verilmişdir.
 
Mühafizə elementləri
 
Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.
 
Beş manat
 
Yazı və ədəbiyyat mövzusuna həsr olunub. Əsginas 127x70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça çap olunmuşdur. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilmiş, Azərbaycanın inkişaf tarixi – Qobustan qaya heroqlifləri, Orxon–Yenisey abidələri əlifbası, müasir Azərbaycan yazısı çap edilib.
 
Mühafizə elementləri
 
Əsginasın üz tərəfində üzərində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi elementlər vardır.
 
On Manat
 
Tarix mövzusuna həsr olunub. Əsginas 134x70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində Qədim Bakı, Şirvanşahlar sarayı, Qız qalası köhnə Qala divarlarının fonunda verilmişdir. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycan xalçasının tipik naxışları çap edilib.
 
Mühafizə elementləri
 
Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.
 
İyirmi Manat
 
Qarabağ mövzusuna həsr olunub. Əsginas 141x70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində qüdrət nişanəsi - qılınc, dəbilqə, qalxan və Sülh rəmzi "Xarı bülbül" təsvir olunmuşdur. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilib.
 
Mühafizə elementləri
 
Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.
 
Əlli Manat
 
Təhsil və gələcək mövzusuna həsr olunub. Əsginas 148x70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində gələcəyin timsalı, yüksəliş əlaməti – pillələr, güc və işıq nişanəsi – günəş, elm rəmzi – kimyəvi və riyazi simvollar təsvir olunmuşdur. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Qədim Azərbaycan xalçalarının ornamentləri çap olunub.
 
Mühafizə elementləri
 
Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.
 
Yüz manat
 
İqtisadiyyat və inkişaf mövzusuna həsr olunub.
 
Əsginas 155x70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində inkişafın qədimdən bu günə memarlıq rəmzləri, Azərbaycan manatının və iqtisadi artımın simvolları təsvir olunmuşdur. Əsginazın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, ənənəvi Azərbaycan xalçasının səciyyəvi naxışları çap edilib.
 
Mühafizə elementləri
 
Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.
 
Bundan başqa manatın 1, 3,5, 10, 20, 50 qəpiklik sikkələri də var. Onların da üzərində xəritə, müəyyən atributlar qeyd edilib.

Загрузка...
Загрузка...