Bu gün avtomobil sürmək qadağandır - CƏRİMƏ VƏ HƏBS...

Baxış sayı: 
117
1  
0  

Nazirlər Kabineti yanında Operativ Qərərgahın Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərarına əsasən, həftəsonu karantin rejiminin sərtləşdirilməsi ilə bağlı şəxsi nəqliyyat vasitələrindən istifadə etmək qadağan edilib.
 
Hit.Az xəbər verir ki, xüsusi təyinatlı avtomobillər istisna olmaqla, digər nəqliyyat vasitələrinin, həmçinin şəxsi avtomobillərin hərəkətinə icazə verilməyəcək.
 
Qoyulan qaydaları pozan sürücülər Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılacaq və onlara müvafiq qaydada cəzalar tətbiq olunacaq.

Загрузка...
Загрузка...