Bu gün Aşura günüdür

Baxış sayı: 
17
1  
0  

Publika.az xəbər verir ki, Aşura günü ilə əlaqədar ölkədəki məscidlərdə imam Hüseyn əzadarlığı keçiriləcək.
Aşura günü 28 şəhər rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq. Aksiyalar saat 09:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, Hicri təqvimi ilə Məhərrəm ayı sentyabrın 1-də başlayıb. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir. Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.
Aşura günü respublikanın ayrı-ayrı rayonlarında qan vermə aksiyasının keçirilməci nəzərdə tutulmuş ünvanların siyahısı

Şəhər, rayon 2018-ci il təklif olunan yerlərin sayı Qanvermə aksiyasının keçirilməsi üçün təklif olunan yerlər Ünvan
  • 1.
Binəqədi 1 -İmam Əli məscidi 6-cı Mik.rayon M.Məmmədxan k.3215-ci məh.
  • 2.
Xəzər 2 -14saylı Birləşmiş şəhər xəstəxanası -Mirmöhsün ağa ziyarətgahı -Buzovna qəs.R.Axundov küçəsi 2
-Şüvəlan qəs. A.İldırım küçəsi 1
  • 3.
Nəsimi 2 -Əjdərbəy məscidi(mərasim zalında) -20 saylı şəhər paliklinikası -S.Vurğun küçəsi 78 -3-cü mikrarayon, Cavadxan küç.22
  • 4.
Nizami 1 -Şah Abbas məscidi -Keşlə qəs.M.Hilal küçəsi 18
  • 5.
Sabunçu 1 -Rəhimə xanım ziyarətgahı -Nardaran qəs.M.F.Axundzadə küç.107
  • 6.
Səbail 2 -Bibiheybət məscid ziyarətgahı -Bibiheybət yolu 2
  • 7.
Suraxanı 1 -Qaraçuxur məscidi -Qaraçuxur qəs.Ə.Mehbalıyev küç.58
  • 8.
Yasamal 2 -Təzə Pir məscidi -Hacı Soltanəli məscidi -Hacı Cavad məscidi -M.F.Axundov 7 -S.Əsgərov küç.75 -Şərifzadə 3
  • 9.
Gəncə 1 -İmamzadə kompleksi -Atabəylər prospekti 230
  • 10.
Lənkəran 1 Böyük bazar məscidi -Hacılar küçəsi 1
  • 11.
Mingəçevir 1 -Heydər məscidi -Aydın məmmədov 53
  • 12.
Sumqayıt 1 -Sumqayıt şəhər Cümə məscidi -Sahil küçəsi 5
  • 13.
Şəki 1 -İmam Əli məscidi -Şəki ş.Pişəvəri küç.4
  • 14.
Şirvan 1 -Mərkəzi Qan bankının Şirvan bölmə -Heydər Əliyev prospekti 16
  • 15.
Ağcabədi 1 -Ağcabədi ray. Mərkəzi xəstəxanası -Hüsü Haciyev küç.104
  • 16.
Ağsu 1 -Ağsu ray. Mərkəzi xəstəxanası -M.Rəsulzadə küç.172
  • 17.
Beyləqan 1 -Beyləqan ray. Mərkəzi xəstəxanası -Sevil qazıyeva küç.21
  • 18.
Bərdə 1 -Bərdə İmamzadə -Nüşabə küç,34
  • 19.
Biləsuvar 1 -Biləsuvar ş.Cümə məscidi -Nizami küç 55 a
  • 20.
Cəlilabad 1 -Cəlilabad ray.Mərkəzi xəstəxanası -Mehdi Hüseynzadə küç.82
  • 21.
Göyçay 1 -Əbülfəzlil- Abbas məscidi -N.Nərimanov küç.70
  • 22.
Xaçmaz 1 -Xaçmaz şəhər məscidi 20 yanvar 34
  • 23.
Quba 1 -Mərkəzi qan bankının Quba bölməsi -Fətəli xan küçəsi 10 c
  • 24.
Masallı 1 -Masallı şəh.cümə məscidi -Füzuli küç.1
  • 25.
Salyan 1 -Hacı Tağı məscidi -Şəhriyar küç.66
  • 26.
Şirvan ş. 1 -Şirvan şəhər məscidi -Xaqani küç. 4
  • 27.
Nizami 1 -Sahibəzzaman məscidi` -R.Rüstəmov küç.25-ci məhəllə
  • 28.
Sabunçu 1 -İmam Riza məscidi -Bakıxanov qəs.Sülh küç.1/7

Qeyd edək ki, tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilən Məhərrəmin onuncu günü olan Aşura əfsus ki, hicri 61-ci ildən şəhadət və hüzn günü kimi yad edilir. Aşura hadisəsində Müaviyə oğlu Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) nəvəsi və səhabəsi İmam Hüseyn (ə), o Həzrətin (s) digər səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb. Bununla yanaşı, İmamın (ə) haqq-ədalət naminə şəhadəti bəşəriyyət və insanlıq üçün mənəvi kamillik, dirçəliş nümunəsidir.
 

Загрузка...
Загрузка...