Bu gün açılışı olan Ələt-Astara yolu pulludur? - AÇIQLAMA

Baxış sayı: 
61
2  
0  

Bu gün Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışı olub. Açılış mərasimində prezident İlham Əliyev iştirak edib. Bununla da yeni yol vətəndaşların istifadəsinə verilib.

Bundan əvvəl yerli KİV-lərdə yeni salınan yolun pullu olacağı haqda məlumatlar yayılmışdı.

Turaninfo.org  xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AzVision.az-a bildirib ki, hazırda həmin yol vətəndaşlar üçün ödənişsizdir.

Onun sözlərinə görə, yolun ödənişli olması ilə bağlı hər hansı qərar yoxdur: "Əgər belə bir qərar olarsa, müvafiq işlərin görülməsinə başlanılacaq".

Загрузка...
Загрузка...