“Bu generallar hərbi-sənaye kompleksinin dəllalları kimi çıxış edir”

Zərdüşt Əlizadə: “NATO-nun Türkiyəyə ehtiyacı bu gün də ilk gündəki kimi böyükdür”
 
 
Son günlər NATO və Türkiyə arasında yaşanan bəzi gərginlklər qardaş dövlətin bu qurumdan çıxarılacağı kimi fikirlərə yol açmaqdadır.
 
Məsələ ilə bağlı Moderator.az -a açıqlama verən politoloq Zərdüşt Əlizadə bu barədə deyilənlərin tamamilə əsassız hesab etdiyini vurğuladı:
 
“Qərb demokratiya standartlarına cavab verməyən o zamankı Türkiyəni çox böyük “bəh-bəh”lə NATO-ya daxil etdi. Ona görə ki, Türkiyə SSRİ-yə qarşı cəbhənin sağ aşağı cinahında mühüm yer tuturdu. Buna görə də, Qərb Türkiyənin NATO-da sayına görə ikinci, qüdrətinə görə dördüncü ordu olmasına şrəait yaratdır. Türk ordusunu silahlandırdı, təlim keçdi. Türk ordusu böyük hərbi gücə çevrildi.
Bu gün də Qərb əvvəlki kimi Rusiya ilə rəqabətdədir. Rusiyanı düşmən sayır. Türkiyə NATO-nun üzvüdür və yenə də eyni cinahda mühüm yer tutur. Rusiyanın müttəfiqi Ermənistanla sərhəddir. Dənizdə də Rusiya ilə sərhəddir.
 
Türkiyənin Rusiyada hava hücumundan müdafiə silahları alması ABŞ-da bəzi generalların etirazına səbəb olub. Bu isə onunla izah oluna bilər ki, həmin generallar ABŞ hərbi-sənaye kompleksinin dəlalları kimi çıxış edir.  Onlar çalışır ki, həmin şirkətlərin bazarı dağılmasın. Bu bazara Rusiya kimi güclü silah istehsalçısı daxil olmasın. Türkiyə də bunu anlayır və haqlı olaraq bildirir ki, bu, onların öz işidir.
 
Bir sözlə, Türkiyənin NATO-dan çıxaılması və ya çıxması ilə bağlı deyilənləri əsassız hesab edirəm”.
 
Seymur Əliyev

Загрузка...
Загрузка...