”Bu fakt təsdiqlənsə, Rusiya da məsələyə aydınlıq gətiriməlidir...”

Baxış sayı: 
95
1  
0  

"Erməni silahlı qüvvələrinin "İsgəndər” raket kompleksindən istifadə etməsi ilə bağlı etirafları bizim Rusiyaya qarşı pritenziyaların irəli sürülməsinə gətirə bilər”. 
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, "İsgəndər” raketlərini Rusiya istehsal etdiyinə görə onlar da buna aydınlıq gətirməlidir:
"O slahı da Ermənistana Rusiya verib. Bildiyim qədər də müəyyən şərtlərlə verib. O cümlədən şərtlərdən biri də həmin silahlardan bizə qarşı istifadə oluna bilməz. Bu fakt təsdiq olunsa, məhkəmədən əlavə Rusiya da məsələyə aydınlıq gətiriməlidir”.
 

Əkrəm Həsənov qeyd edib ki, "İsgəndər” dünc əhaliyə qarşı istifadə edilib:
"Bildirilən məlumata görə, raketlər Gəncə, Mingəcevir, Abşerona atılıb. Belə ehtimallar var idi. Gəncədə isə böyük fəsadlar və insan təlafatı oldu. Əgər bu sübüt olunsa, hərbi cinayət hesab olunur.  Buna görə biz beynəlxalq hərbi tribunala müraciət etməliyik. Azərbaycana atılan raketlər hərbi ekspertlər tərəfindən təhlil edilir. Ermənistan tərəfinin nə demsindən asılı olaraq müvafiq tədbirlər görüləcək. Müəyyən vaxt tələb edilir. Ermənistan tərəfinin bunu etiraf etməsi yaxşı haldır. Bu etiraf sabah hərbi məhkəmədə bir sübutdur”.
Qeyd edək ki,  Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət İdarəsinin sabiq rəisi Movses Akopyan bəyan edib ki, Dağlıq Qarabağda müharibə zamanı Ermənistan "İsgəndər” operativ-taktiki kompleksindən istifadə edib. 
 

Загрузка...
Загрузка...