Bu dairənin nəticələri ləğv edilir? – Təcili

Baxış sayı: 
71
1  
0  

 
Seçici səslərinin 87 faizinin sayılmasından sonra 47,1 faiz səslə 33 saylı Xətai birinci seçki dairəsində liderlik edən Hüseynbala Mirələmovun qələbəsi tanınmayacaq.
 
Bu barədə Axar.az-ın əldə etdiyi məlumatda bildirilib.
 
33 saylı Xətai birinci seçki dairəsinin 39 məntəqəsi var. Məlumata görə, bu dairə üzrə daxil olan bütün müraciət və şikayətləri birbaşa MSK araşdırır.
 
Bildirilir ki, Mərkəzi Seçki Komissiyasına edilən müraciətlərin bir çoxu artıq təsdiqini tapıb. Buna görə də 33 saylı Xətai birinci seçki dairəsinin nəticələri ləğv ediləcək.
 
Məlumatla bağlı saytımıza danışan Hüseynbala Mirələmov bəzi məntəqələrdə seçkilərin nəticələrinin ləğv ediləcəyini istisna etməyib:
 
“MSK-dan bizə yekun nəticələrin axşam saatlarında açıqlanacağı deyilib”.
 
Xatırladaq ki, 4 ay sonra 75 yaşını qeyd edəcək H.Mirələmov 2005-ci ildən indiyədək 3 dəfə ardıcıl bu dairədən deputat seçilib.

Загрузка...
Загрузка...