Bu dairələrdə ciddi pozuntularla bağlı müraciətlər var - MSK SƏDRİ

Baxış sayı: 
70
1  
0  

“Bəzi dairələrdən ciddi pozuntuların olması ilə bağlı müraciətlər daxil olub”.
 
Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
 
MSK sədri qeyd edib ki, 33 Xətai I, 35 saylı Xətai III, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran Kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan seçki dairələrindən çox ciddi müraciətlər daxil olub.
 
“Ola bilsin ki, bu müraciətlərin əsası yoxdur. Amma biz bu müraciətlərin hər birini araşdıracağıq. Sabah da bizə hansısa başqa dairələrdən müraciətlər daxil olsa, gecikdirilmədən bu müraciətlər ciddi araşdırılacaq”, - M.Pənahov bildirib.

Загрузка...
Загрузка...