Bu ailənin həyətyanı sahəsindən çıxan qeyri-adi tapıntı HƏR KƏSİ TƏƏCCÜBLƏNDİRDİ – VİDEO

Baxış sayı: 
98
4  
0  

Əvvəl məişət əyşaları, indisə qəbir daşları.

Turaninfo.org ARB TV-yə istinadən xəbər verir ki, Salyanın Qırxçıraq kəndində Mirişovlar ailəsinin həyətyanı sahəsində ortaya çıxan tapıntılar böyük marağa səbəb olub.

 

Qırxçıraq kəndində yaşayan Mirişovlar ailəsinin həyətyanı sahəsində ortya çıxan əşyalar sakinləri heyrətə gətirir. Əvvəllər ərazidən su nogurundan tutmuş çırağa qədər müxtəlif məişət əşyaları tapılırdısa, indi qəbir daşları ortaya çıxıb.

"Bu yaxınlarda həyətyanı torpaq sahəmizi şulayarkən kotana ilişdi daş. Çıxartdıq, qıraqları naxışlıdır, baş daşına oxşarlığı da var. Neçənci əsrə aiddir, onu bilmirik", - deyə təsərrüfat sahibi Anaxanım Mirişova bildirib.

Mütəxəssislərin fikrincə, Mirişovlar ailəsinin həyətyanı sahəsində aşkar olunan maddi-mədəniyyət nümunələri təxminən orta əsrlərə təsadüf edilir.

"Burda başqa əlavə saxsı qabları, çıraq çıxıb, su qabı çıxıb. Araşdırsalar bəlkə də çox şey çıxar", - Anaxanım Mirişova əlavə edib.

Ailə tapılan əyşaları bir yerı yığıb saxlayır. Onlar bu tapıntıların araşdırılaraq, tarixi əhəmiyyətinin öyrənilməsini istəyirlər.

Загрузка...
Загрузка...