​Bəşər Əsədin bu açıqlaması İranı ayağa qaldırdı - GƏRGİNLİK

İran Milli Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Xaşmətullah Fəlaxat Pişə Bəşər Əsədə sərt reaksiya verib.
Publika.az xəbər verir ki, parlamentari Əsədi İsrailin Suriyadakı İran bazalarına qarşı hücumlarından sonra verdiyi açıqlamaya görə tənqid edib.
Parlamentdə çıxış edən millət vəkili Əsədin “bölgə qüvvələrinin Suriyanı qarşıdurma zonası çevirməsini istəmirəm. Bu durum Suriyadakı problemləri daha da qarışıq hala gətirəcək” açıqlamasını xatırladıb. Daha sonra İran əsgərlərinin 6 ildən çoxdur ki, Suriyada Bəşər Əsədi dəstəkləməkləri nəticəsində ciddi sayda itiki verdiklərini bildirib. O, Əsədi passiv və zəif açıqlamaları üzərində düşünməyə çağırıb.
Zümrüd

Загрузка...
Загрузка...