Britaniyalı mühafizəkarlar parlament seçkiləri öncəsi liderliyini qoruyur

Baxış sayı: 
60
3  
0  

 
Böyük Britaniyanın hakim Mühafizəkarlar partiyası dekabrın 12-də keçiriləcək parlament seçkiləri öncəsi liderliyini inamla qoruyur və 650 yerlik İcmalar palatasında 339 mandata iddia edir.
 
AZƏRTAC Sky News telekanalına istinadla xəbər verir ki, bu barədə məlumat YouGov sosiologiya kompaniyası tərəfindən hazırlanan ictimai rəy sorğusunun nəticələrində əksini tapıb. 105,6 min nəfərin iştirak etdiyi sorğunun nəticələrinə əsasən, tori respondentlərin 42,6 faizinin (2017-ci il seçkilərində 43,4 faiz), müxalif Leyborist partiyası 33,8 faizinin (2017-ci il seçkilərində 41 faiz), Liberal demokratlar 13,6 faizinin (2017-ci il seçkilərində 7,6 faiz) dəstəyini qazanıb.
 
Bu ilin yanvarında təsis olunan və seçkilərdə ilk dəfə iştirak edən Brexit partiyası isə 3,1 faiz britaniyalının səsinə ümid bəsləyə bilər.
 
Bununla belə, ölkənin Baş Naziri, Mühafizəkarlar partiyasının lideri Boris Consonun fikrincə, Britaniyada heç bir partiyanın həlledici çoxluğa malik olmadığı yeni parlamentin formalaşması da çox real görünür. Onun sözlərinə görə, belə bir risk var və növbəti “asılı parlament” ölkə üçün böyük passivlik, qətiyyətsizlik və iflic vəziyyəti deməkdir.

Загрузка...
Загрузка...