Britaniyada koronavirusdan ölənlərin sayı 8 minə çatır

Baxış sayı: 
119
2  
0  

Böyük Britaniyada daha 881 nəfər koronavirusun qurbanı olub.

“Report” xəbər verir ki, bununla da ölkədə pandemiyadan ölənlərin sayı 7 978-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 550 000-i ötüb. Bunların 344 794 nəfəri sağalıb, 91 709 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 
Загрузка...
Загрузка...