Bərdədə iki avtomobil toqquşdu, yaralılar var - FOTO

Baxış sayı: 
109
3  
1  

Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Turaninfo.org Report-a istinadən bildirir ki, Ağdam rayon sakini Loğman Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil hərəkətdə olan zaman Bərdə rayon sakini Azər Xəlilovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.

Nəticədə "VAZ"ın sürücüsü L.Əhmədov və avtomobildə olan sərnişin Azər Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bərdədə iki avtomobil toqquşdu, yaralılar var - FOTO

Загрузка...
Загрузка...