Bərdədə güclü yanğın - Bir-birinə bitişik obyektlər yandı

Baxış sayı: 
56
1  
0  

Fövqəladə Hallar Nazirliyi Bərdə şəhərində baş verən güclü yanğınla bağlı məlumat yayıb.
 
Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Üzeyir Hacıbəyov küçəsində ümumi sahəsi 2000 m² olan, bir dam altında bir-birinə bitişik tikilən, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) yanar konstruksiyaları 590 m² sahədə yanıb.
 
Tikililərin qalan hissəsi və yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Загрузка...
Загрузка...