“Böyük məsafə qət edə bilərik” – Mnatsakanyandan Qarabağ açıqlaması

Baxış sayı: 
73
0  
0  

 

Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin köməkçisi Rosmari Di Karlo ilə görüşüb.

Turaninfo.org xəbər verir ki, İrəvanda baş tutan görüşdə Ermənistan – BMT əməkdaşlığı müzakirə edilib.

Görüşdə eyni zamanda, Ermənistan – Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi müzakirə edilib.

Mnatsakanyan BMT rəsmisinə bir neçə gün əvvəl Belçikada (Brüssel) Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla baş tutan görüş barədə məlumat verib.

Erməni diplomat görüşün səmərəli keçdiyini bildirərək, yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsinin həll prosesi ilə əlaqədar daha böyük məsafənin qət edilə biləcəyini Di Karlonun diqqətinə çatdırıb.

Загрузка...
Загрузка...