“Böyük Ermənistan” qalmaqalı böyüyür: AMEA telekanalı suçladı, Güllü Yoloğlu isə…

Baxış sayı: 
183
3  
1  

“Mədəniyyət” kanalında yayımlanan,
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş
elmi işçisi və televiziya aparıcısı olan, tarix elmlər
doktoru Güllü Yoloğlunun “Keçmişdən Gələcəyə”
televiziya verilişində saxta “Böyük Ermənistan”
xəritəsinin kadr arxası efirə verilməsi böyük
narazılıqla qarşılanıb.

İddia olunurdu ki, verlişdə yayımlanan xəritəni AMEA Arxeologiya
və Etnoqrafiya İnstitutunun əməkdaşları Balakən arxeoloji
ekspedisiyasının rəhbəri Natiq Alışov və ekspedisiyanın
üzvü Aliyə Adgözəlova kanala təqdim ediblər.
Bu səbəbdən də adı çəkilən alimlər sosial
şəbəkədə tənqid atəşinə tutulublar.

Turaninfo.org yenicag.az-a istinadən xəbər
verir ki, məsələyə AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutu aydınlıq gətirib.

İnstitutun rəsmi açıqlamasında bildirilib ki,
08 avqust 2018-ci ildə AZTV-nin Mədəniyyət
Kanalında yayımlanan “Keçmişdən Gələcəyə”
televiziya verilişində AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutunun əməkdaşları Balakən
arxeoloji ekspedisiyasının rəhbəri t.ü.f.d Natiq
Alışov və ekspedisiyanın üzvü Aliyə Adgözəlova
qonaq qismində iştirak ediblər:

“Burada Qafqaz Albaniyasında xristianlıq,
bu sahədə aparılmış tədqiqatlar və Balakən
rayon Tülü kəndində 2017-2018-ci illərdə aparılmış
arxeoloji qazıntılarla bağlı geniş məlumat verilib.
11 avqust 2018-ci ildə “Mədəniyyət” kanalında
“Keçmişdən Gələcəyə” verilişi efirə verilərkən
aparıcının “Azərbaycan xəritəsinə nəzər salaq”
ifadəsinə uyğun olmadan rus dilində qondarma
“Böyük Ermənistan” xəritəsi kadr arxası efirə verilib.
Adı çəkilən İnstitut əməkdaşları efirə gedən bu xəritəni
televiziyaya təqdim etməyiblər və bu xəritəni digər
tamaşaçılar kimi ilk dəfə televiziyada izləyiblər”.

İnstitut efirdə gedən təxribatçı xəritəyə görə məsuliyyət
daşımadıqlarını bəyan edib:

““Keçmişdən Gələcəyə” verilişinin 11 avqust 2018-ci
il tarixində efirə gedən buraxılışında kadr arxası
montaj olunaraq göstərilən qondarma xəritəyə
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
və verilişdə iştirak edən əməkdaşlarının heç
bir aidiyyatı yoxdur və bunun üçün məsuliyyət daşımırlar”.

AZTV-nin Mədəniyyət Kanalında qondarma
xəritə hansı səbəbdən yayılması isə sual altındadır.
Çox güman ki, kanal rəhbərliyi məsələni texniki
səhvlə əlaqələndirəcək. Ancaq bütün materialların
didik-didik araşdırılıb efirə verən dövlət kanalının
bu cür texniki səhv etmsi də qəribə görsənir.

Onu da qeyd edək ki, proqramın aparıcı olan
Güllü Yoloğlu türkçülük əleyhinə fikirləri ilə tanınır.
Hələ ötən il Bakının Nuru Paşa komandanlığında
Qafqaz İslam Ordusu tərəfindən azad olunması
ilə bağlı tədbirdə qəti şəkildə türklük məsələsi ilə bağlı
fikirlər irəli sürərək, buna əsas kimi bu zamana qədər
heç vaxt problem olmayan Azərbaycanın etnik rəngarəngliyini
göstərib. oloğlunun “məntiq”inə görə, Azərbaycan etnik baxımdan
rəngarəng olduğu üçün, türklüyün qabardılması zərərlidir:
“Onda digər etnik qrup mənsubları da deyə bilərlər ki, ermənilərin
işi türklərlədir, gedin onlarla özünüz mübarizə aparın”.
Həmin tədbirdə də, daha sonra mətbuatdakı müzakirələr
zamanı da Güllü Yoloğlunun türklük əleyhinə çıxışı qınanıb:
“Azərbaycan milliyyətindən, dinindən, sosial vəziyyətindən
asılı olmayaraq, bu ölkədə yaşayan hər bir kəsin vətənidir.
Vətənin ərazi bütövlüyünü qorumaq üçün kimlərinsə
ölkənin dominant etnosu olan türklərə minnət qoymaları,
yaxud da şərt irəli sürmələri nə dərəcədə doğrudur?
Bu dövlətin titul millətinin təmsilçiləri niyə etnik
mənsubiyyətləri barəsində çəkinə-çəkinə
danışmalıdırlar? Azərbaycanda türklərlə yanaşı
digər etnik qrupların təmsilçiləri də əsrlər boyu
yanaşı yaşayıblar və heç kəs iddia edə bilməz ki,
onlar hər hansı diskriminasiyaya məruz qalıblar.
O baxımdan, Azərbaycan sözün həqiqi mənasında
tam tolerant bir ölkədir və bunu inkar etmək olmaz”.

İndi də məhz Güllü Yoloğlunun proqramında
belə bir xəritənin göstərilməsi düşündürücüdür.
Azərbaycanın əsas etnosunun adının
çəkilməsindən belə narahat olan alimin
“Böyük Ermənistan” xəritəsini efirdən
göstərilməsində marağı nə ola bilər?
Hər halda proqram Güllü Yoloğlunun
proqramıdır və əməkdaşı olduğu İnstitut
digər iki işçisinin adını çəkərək, onların
bundan xəbərsiz olduğunu bildirsə də,
onun adını çəkmir. Üstəlik, bu işdə
telekanalı günahkar bilir. Yəqin ki,
Güllü xanımın da bu barədə deməyə bir sözü olacaq.

 
Загрузка...
Загрузка...