Böyük Britaniyanın “The Guardian” nəşri belə yazıb.

Baxış sayı: 
128
1  
0  

“The Guardian” ermənilərin Gəncəyə raket hücumundan yazdı: “İnsanlar ailə üzvlərini binanın qalıqları altından çıxarmağa çalışırlar...”
 
 
 
“Azərbaycan tərəfi deyir ki, şənbə günü Gəncə şəhərində endirilən raket zərbəsi nəticəsində ən azı 12 nəfər ölüb, 40 nəfərdən çox adam isə yaralanıb. Azərbaycanın Baş prokurorluğu bildirib ki, 2 raket yaşayış binasına düşüb. Gəncə əhalisinin sayına görə Azərbaycanın ikinci ən böyük şəhəridir. Hələ ki, bu hadisə ilə bağlı Ermənistan tərəfi hər hansı rəsmi açıqlama verməyib”.
 
Qəzet bildirib ki, bu, Gəncəyə ikinci raket hücumdur. Bu dəfə şəhərin başqa bir hissəsi dağıntılara məruz qalıb. Strateji önəmi olan Mingəçevir şəhərinin yaxınlığına da Ermənistan tərəfindən raket zərbəsi endirilib.
 
“The Guardian” yazıb ki, xristian Ermənistanla müsəlman Azərbaycan arasında gedən savaşa Rusiyanın və Türkiyənin də qoşulmaq ehtimalı var.
 
Qəzet bildirib ki, ciddi dağıntılara məruz qalmış yaşayış binalarının altından parçalanmış insan bədəninin hissələrinin çıxarılmasını olay yerində olan jurnalistlər də izləyiblər. Raket zərbəsi nəticəsində binaların divarları uçub, dam örtüyünün qırıntıları isə ətrafdakı küçələrə səpələnib.
İnsanlar qorxu içində çölə qaçıblar. Şok içində ağlayan insanlar alt paltarında ailə üzvlərini binanın qalıqları altından çıxarmağa çalışıblar.
 
Şahidlərdən bir deyib ki, partlayışdan az sonra xilasetmə işində çalışanların bir uşağı, iki qadını və dörd kişini dağıntının altından necə çıxardığını öz gözləri ilə görüb.
 
“Biz yatmışdıq, uşaqlar isə televizora baxırdı”,- dağılmış binanın qarşısında dayanan 65 yaşlı Rubaba Səfərova belə deyib. “Ətrafdakı bütün binalar beləcə xaraba qaldı. Dağıntıların altında çoxlu insan var. Onların bir hissəsi ölüb, bir hissəsi isə yaralıdır”,-deyə çarəsiz qadın bildirib.
Qəzet xatırladıb ki, cəmi 6 gün əvvəl Gəncə belə bir hücuma məruz qalmışdı. O vaxt 10 nəfər mülki şəxs həlak olmuşdu.
 
Xəbərdə deyilir ki, Azərbaycan prezidentinin köməkçisi Twitter-də yazıb ki, ilkin məlumata görə, son raket zərbəsi nəticəsində Gəncədə 20 bina dağılıb.
 
Xilasetmə briqadasının üzvləri hadisə yerinə toplaşanları dönə-dönə sakitliyə dəvət edirdilər. Dağıntıların altından gələn səsləri eşitmək üçün bu, çox vacib idi.
 
Özünə nəzarət hissini itirmiş bir kişi isə eyni sözləri təkrar edirdi: “Mənim arvadım orada idi, mənim arvadım orada idi”. Tibbi yardım göstərmək üçün onu təcili yardım maşınına mindirib, apardılar.
 
 
Qəzet bildirib ki, Gəncəyə atılan raketlə eyni vaxtda Mingəçevir şəhəri yaxınlığında da partlayış olub. Partlayış nəticəsində ətrafdakı binalar silkələnib. Mingəçevir strateji bölgədir. Çünki orada su bəndi var. Bəziləri deyir ki, atılan raket havada zərəsizləşdirilib.
 
Azərbaycan Müdafiə Nazirliyi də Mingəçevirin “atəş altında” olduğunu bildirib, ancaq bununla bağlı əlavə məlumat verməyib.
 
Elbəyi Həsənli, Sürix

Загрузка...
Загрузка...