​“BMW” qəfil dayandı, “07” “Mercedes”i vurdu – Bakıda kuryoz qəza – VİDEO

Baxış sayı: 
22
1  
0  

Bakıda baş vermiş qəza anı kameraya düşüb.
 
Turaninfo.org “avtosfer.az”a istinadən xəbər verir ki, Azadlıq prospektinin Binəqədi rayonu ərazisindən keçən hissəsində (Varovskinin kruqu adlanan ərazi) yol-nəqliyyat hadisəsi baş verib.
 
Belə ki, “BMW X6” markalı avtomobilin sürücüsü qarşıdakı avtomobil sola döndüyü üçün qəfil əyləci basıb.
 
Bu zaman arxadan gələn VAZ 21 07 markalı avtomobilin sürücüsü onunla toqquşmamaq üçün sağa çəkib. Amma yolayrıclnda gözləyən “Mercedes” markal avtomobilə çırpılıb.
 
Bu arada yol kənarında dayanmış piyada son anda geriyə çəkilərək avtomobil tərəfindən vurulmaqdan qurtulub.
 
“07”nin sürücüsü avtomobildən çıxaraq “BMW X6”-ya etiraz etsə də sonuncu yoluna davam edib.
 
Videogörüntüləri təqdim edirik:
 

Загрузка...
Загрузка...