BMV bu modelin istehsalına son Verdi

Baxış sayı: 
92
2  
0  

2014-cü ildə debüt edən BMV i8 hibrid superkarının istehsalına son verilib.
 
Axar.az Autograph.az-a istinadən xəbər verir ki, uğursuzluğun əsas səbəbi kimi sportkarın güc qurğusu göstərilir.
 
BMV i8 modeli ön oxda quraşdırılmış elektrik mühərriki və arxa tərəfindəki 1,5-litrlik üçsilindrli benzin turbomühərrikdən ibarət hibrid qurğu ilə hərəkətə gəlirdi. Hibrid qurğunun ümumi hasilatı 362-374 at qüvvəsi təşkil edirdi. Lakin bu tandem alıcıların çoxlu tənqidləri ilə üzləşmiş oldu.
 
Keçən il BMV şirkəti 2020-ci ilin aprelində i8 modellərinin istehsalına son verəcəyini bildirsə də, pandemiya səbəbi ilə bu tarix bir ay yarım təxirə salınmalı oldu. Sportkarın istehsalına vida seriyasından olan 18 avtomobil ilə son verilib. Leypsiqdəki zavodundakı konveyer xəttindən çıxan sonuncu i8 rodsteri unikal “Portimao Blue” rənginə boyanıb.
 
Bu günə qədər dünya üzrə iyirmi mindən çox kupe və rodster satılıb. Bununla birlikdə, BMV mühəndisləri artıq fərqli güc qurğusuna sahib olacaq yeni hibrid idman avtomobilinin üzərində işləyirlər. Yeni sportkarın debütü 2023-cü ilə planlaşdırılıb.

Загрузка...
Загрузка...