"Bəlkə Paşinyan Azərbaycandan və yaxud Türkiyədən maliyyələşdirilir" - KÖÇƏRYAN

Baxış sayı: 
106
1  
0  

Ermənistanın sabiq prezidenti Robert Koçaryan Baş nazir Paşinyan hökumətini ordunu nüfuzdan salmaqda ittiham edib və "bəlkə Azərbaycan və ya Türkiyədən maliyyələşdirilən səriştəsiz ictimai təşkilat fəalları" adlandırıb.

"Mən onları qınamıram, təcrübələri yoxdur. Təcrübə haradan olsun ki, bu insanlar hansısa ictimai təşkilatlarda Sorosun qrantları hesabına tamam başqa işlərlə məşğul olurmuşlar. Məndə təsəvvür yaranır ki, - artıq bu barədə danışırlar - bəlkə müxtəlif fondlar vasitəsilə Azərbaycandan və yaxud Türkiyədən maliyyələşdirilir. Çünki məqsədyönlü şəkildə ordunu sarsıtmaq, (mənim rəhbərliyimlə) konstitusiya quruluşunu devirməkdə günahlandırmaq, vətənin müdafiəsində ciddi əməyi olan insanları süründürmək... bu birmənalı məsuliyyətsiz hərəkətdir", - cümə axşamı Koçaryan "Yerkir media" televiziyasına müsahibəsində deyib.

Avqustun 12-də Apellyasiya Məhkəməsinin qərarı ilə Robert Koçaryan barəsində həbs qətimkan tədbiri dəyişildirilib. Azad edildikdən sonra vətəndaş fəalları ona mətbuat konfransı keçirməyəimkan verməyiblər.

Bu, Robert Koçaryanın ona qarşı "1 mart 2008-ci il" cinayət işi üzrə ittihamlar irəli sürüldükdən sonra ikinci müsahibəsidir. İlk müsahibəni o, iyulun 26-da birinci instansiya məhkəməsi tərəfindən iki aylıq həbs qətimkan hökmü çıxardıqdan sonra vermişdi. Hər iki dəfə də o, Daşnaksutyun Erməni İnqilabi Federasiyasına məxsus "Yerkir media" televiziya kanalına müsahibə verib.

Koçaryan yeni ölkə hakimiyyəti tərəfindən siyasi təqibə məruz qaldığını bildirib, Ermənistanın iqtisadi və siyasi problemlərinə aid məsələlərə toxunub, korrupsiya ilə mübarizə çərçivəsində yüksək rütbəli ordu zabitlərinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı, Paşinyan hökumətini tənqid edib.

Koçaryan Ermənistanın coğrafi və bölgənin mövcud geosiyasi vəziyyətində "dövlətçiliyin əsl qarantı olan ordunun nüfuzdan salınmasını" Ermənistan dövlətçiliyinə "ciddi təhlükə" adlandırıb.

"Xəritəyə baxın. Görün, Ermənistan harada yerləşir, hansı ölkələrin əhatəsində, bu ölkələrlə münasibətləri necədir və ümumiyyətlə nə baş verir. [...] Bu gün Rusiya-Amerika münasibətləri soyuq müharibə başa çatdıqdan bəri ən aşağı səviyyədədir... yeni sanksiyalar və payızda daha yeni sanksiyalar dalğası gözlənilir. Bugünkü ABŞ-İran münasibətlərinin vəziyyəti? ABŞ nüvə silahı üzrə çoxtərəfli müqavilədən çıxıb və İrana qarşı yeni sanksiyalar tətbiq edib... Və neft ixracı ilə bağlı payızda yeni sanksiyalar tətbiq etməklə hədələyir", - Robert Koçaryan deyib.

O, son 10 il ərzində Türkiyənin nə dərəcədə dəyişdiyini qeyd edib.

Cənab Koçaryanın sözlərinə görə, 10 il bundan əvvəl Türkiyə başqa ölkə idi, Avropa İttifaqına can atırdı, "özünü söz azadlığına əməl edən demokratik ölkə kimi göstərməliydi və bu, onun aqressiyası və qonşularının daxili işlərinə qarışmasını məhdudlaşdırırdı".

"Bu gün Türkiyə bu öhdəliklərindən azaddır və biz Erdoğanın qonşuları ilə necə davrandığını, necə Suriyanın daxili işlərinə müdaxilə etdiyini görürük. Gürcüstan NATO-ya can atır. Türkiyənin Azərbaycanla əlaqələri güclənir", Koçaryan bildirib.

"Ermənistanın nəyi var?" - soruşub, Koçaryan özü də cavab verir: "Həll olunmamış Qarabağ problemimiz var".

Yeni hökumət isə, cənab Koçaryanın sözlərinə görə, "bütün bunları anlamır".

"Çünki təcrübələri yoxdur. Çünki anlamırlar ki, ordunu nüfuzdan salmaq olmaz. Ona görə ki, ordudan çox uzaqdırlar və anlamırlar ki, belə bir vəziyyətdə dövlətçiliyimizin əsl qarantı güclü ordudur. Və öz hərəkətləri ilə Ermənistanın bu mürəkkəb vəziyyətdə nail olduğu tarazlığı sarsıdırlar".

Robert Koçaryan "1 mart 2008-ci il" cinayət işi üzrə "konstitusiya quruluşunu devirmək, güclə hakimiyyəti ələ keçirməkdə" ittiham olunur.

Bu ittihama görə 15 ilədək həbs cəzası nəzərdə tutulur.

2008-ci il martın 1-i və 2-də prezident seçkilərinin "nəticələrinin saxtalaşdırılması sayəsində" Serj Sarkisyanın qələbəsini tanımayan minlərlə insanın iştirak etdiyi fasiləsiz etiraz aksiyalarının hakimiyyət qüvvələri tərəfindən dağıdılması nəticəsində 10 nəfər, o cümlədən, iki polis əməkdaşı həlak olmuş, 200-dən çox insan xəsarət alıb.

Koçaryan həbsxanadan çıxsa da, istintaq altındadır.

Yeni hökumət ölkədə müstəqil məhkəmə-istintaq orqanları yaratmaq istədiyini bəyan edib. Daha əvvəl baş nazir Paşinyan Ermənistanın Tavuş bölgəsində Koçaryanın əvvəlki telemüsahibəsi ilə bağlı jurnalistlərin sualına cavab verməkdən qacınıb.

O, deyib ki, başçılıq etdiyi hökumət məhkəmə-istintaq orqanlarının işinə qarışmamağı vəd edib.

"Bu orqanlar sərbəst və müstəqil fəaliyyət göstərməlidir. Mənim istənilən mülahizəm onlara göstəriş kimi qəbul oluna bilər", - Paşinyan deyib.

Rusiyanın xoşuna gəlmək

"Arminfo" informasiya-analitika saytının siyasi icmalçısı David Stepanyan Koçaryanın Sorosu xatırlamasının Rusiyaya ünvanlandığını bildirir.

Onun sözlərinə görə, Koçaryan özünü Ermənistanda Rusiyanın ən sadiq müttəfiqi göstərmək istəyir. Koçaryan müsahibəsində siyasətə qayıtdığını da bəyan etdi, və Rusiyanın dəstəyinə ümid edir, David Stepanyan ehtimal edir.

"Koçaryan Rusiya hakimiyyətinin diqqətini özünə çəkmək istəyir, özünü Paşinyanın alternativi, mövcud hakimiyyətin alternativi kimi göstərmək istəyir. Çünki Soros Rusiyada rəngli inqilab sinonimi, qorxutmaq üçün bir oyuq kimi istifadə edilir", - deyə David Stepanyan Ermənistanda Soros fondu 1997-ci ildən, Koçaryan hakimiyyətə gəldiyi ildən fəaliyyətə başlayıb və fəaliyyətini uğurla Koçaryanın 2008-ci ilədək prezident vəzifəsində olduğu dövrdə də fəaliyyət göstərib.

"Daxili istifadə üçün absurd"

Paşinyan hökuməti üzvlərinin vaxtilə Azərbaycan və ya Türkiyədən maliyyələşirildiynə dair Koçaryanın eyhamını isə, jurnalist absurd hesab edir.

"Bu, daxili auditoriya üçün nəzərdə tutulan çox ucuz və əhəmiyyətsiz fənddir. İctimaiyyətdə mövcud hakimiyyətin fəaliyyətini hər hansı bir yolla "xarici düşmən tərəfindən" maliyyələşdirildiyinə, "düşmənin xeyrinə" işlədiyinə işarə edərək, Paşinyan hökumətinə dair etimadsızlıq yaratmaq məqsədi güdülür. İnandırıcı deyil", - Stepanyan deyir.

"Bu, nonsensdir. Azərbaycan internet sektorunun adi monitorinqi göstərir ki, bu gün Azərbaycan mediasında hətta Xocalı faciəsində suçlanan Serj Sarkisyanın ünvanına Nikol Paşinyana ünvanlandığı qədər neqativ müşahidə olunmayıb", - Stepanyan qeyd edir.

Загрузка...
Загрузка...