​“Bizim bütün futbolçuları toplasan, 25 milyon etməz” – Yurçeviç

Baxış sayı: 
78
1  
0  

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Slovakiya matçı qonaqların 1:5 hesablı qələbəsi ilə başa çatıb.
 
“Qafqazinfo” xəbər ki, oyundan sonra keçirilən mətbuat konfransına qatılan millimizin baş məşqçisi Nikola Yurçeviç məğlubiyyəti belə şərh edib:
 
“Bu nəticədən sonra nəsə demək çətindir. Rəqibi təbrik edirəm. Oyuna yaxşı başladıq. Lakin erkən qol buraxdıq. Hər buraxdığımız qolu şərh etmək istəmirəm. Hesab 1:4 olduqdan sonra oyun bitdi. Rəqibin ulduz futbolçuları var. Təkcə Stanislav Lobotkanın qiyməti 25 milyondur. Bizim bütün futbolçuları toplasan, 25 milyon etməz”.
 
– Baş məşqçi olaraq əvəzetmələrin gecikdiyini düşünmürsünüz ki?
 
1:5-dən sonra çox müzakirə edə bilərik. 55-60-cı dəqiqədən sonra dəyişiklik etmək istəyirdim. Lakin razılaşmıram ki, meydanda mübarizə aparan tək futbolçu Ramil Şeydayev idi. Bəzi şanslarımız var idi. Lakin 60-cı dəqiqədən sonra rəqibi qarşılamaq çətin idi.
 
– Azarkeşlərdən üzr istəmək istəmirsiniz?
 
Əlbəttə, bu, böyük şok idi. Böyükhesablı məğlubiyyətə görə, azarkeşlərdən üzr istəyirəm.
 
– Slovakiyada bir futbolçunun 25 milyon olduğunu dediniz. Amma Fransa millisinin heyətində təkcə Mbappenin qiyməti 100 milyon avrodur. Buna baxmayaraq, Türkiyə onları 2:0 məğlub etdi. Diqqətinizə çatdırmaq istərdim ki, meydanda dollar və ya avro oynamır… Xəcalət çəkirsinizmi?
 
1:5 hesablı məğlubiyyət utancvericidir. Sadəcə, bunu fakt kimi dedim ki, rəqibin futbolçuları Avropanın səviyyəli çempionatlarında çıxış edir. Əlimizdən gələni etməliyik. Hər zaman qələbə qazanmaq olmur. Rəqiblərimiz bizdən çox güclüdür.

Загрузка...
Загрузка...