"Bizi videoya çəkdilər... " – Aygünün qardaşının işi

 
Əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan iclasda cinayət işində olan sənədlər tədqiq edilib.
 
Təqsirləndirilən Faud Məmmədzadənin vəkili vəsatətlə çıxış edib. O, müvəkkilinin barəsində psixiatrik ekpertizanın keçirilməsini istəyib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin xəstə oldğunu bildirib.
 
Məhkəmə vəsatəti təmin etməyib.
 
Daha sonra vəkillər təqsirləndirilən şəxslərin istintaq dövründə işgəncələrə məruz qaldığını və daha sonra onların ifadəsi videogörüntü vasitəsi ilə çəkildiyini deyiblər. Onlar videogörüntüyə məhkəmədə baxılmasını tələb ediblər. Hakim isə deyib ki, cinayət işi məhkəməyə göndəriləndə protokolda bu barədə qeydlər göstərilməyib.
 
Təqsirləndirilən Cavid Alxasov bildirib ki, istintaq orqanı əməkdaşları onların videogörüntülərini çəkib: “Bu barədə televiziyalarda da göstəriıib. Hətta həmin video “youtube”yə yerləşdirib. Tələb edirik ki, həmin görüntü məhkəmədə göstərilsin”.
 
Məhkəmə bu məsələni müzakirə etməyib. Daha sonra məhkəmə istintaqının başa çatdğını elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. Növbəti proses sentaybrın 28–də davam edəcək.
 
İttihama görə, dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evdə narkotik vasitə əkib, pul qazanmaq barədə razılığa gəliblər.
 
Bu məqsədlə Fuad Məmmədzadə internet vasitəsi ilə Hollandiya və İngiltərədən 350 avro dəyərində marixuana toxumlarını əldə etdikdən sonra 25 ədəd dibçək və torf alaraq Abbas Hümmətovun idarə etdiyi “VAZ-210” markalı avtomobillə Cavid Alxazovun Qala qəsəbəsində yerləşən evinə gətiriblər.
 
Təxminən iki ay sonra onların narkotik vasitələri əkib-becərməsi barədə Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməyindən şübhələniblər. Bu məqsədlə son zamanlar onlardan kənar gəzən Elnur Hümmətovu axtarmağa başlaylıblar.
 
Mayın 21-də onlar Elnur Hümmətovu taparaq narkotik vasitələri əkdikləri evə gətirib orada saxlayıblar. Ertəsi gün Elnurun qaçmağa cəhd etdiyini görən dəstə üzvləri onu öldürmək qərarına gəliblər.
 
Onlar Elnur Hümmətovu boğaraq öldürüb, sonra quyu qazaraq meyitini orada basdırıblar. Quyunun üstü açılmasın deyə ora beton da töküblər.
 
Dəstə üzvləri həmin ilin iyul-avqust saylarında yetişdirdikləri 40 kiloqram marixuananı qurudaraq 15 min manata satıblar.
 
Elnur Hümmətov 2013-cü ilin iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. 2016-cı ilin avqustun 30-da Suraxanı rayon Polis İdarəsi və rayon prokurorluğunun həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Elnur Hümmətovun qətlə yetirildiyi müəyyən edilib. Hadisə yerinə birgə baxış keçirilib və Elnur Hümmətovun meyitinin qalıqları basdırıldığı yerdən eskumasiya olunub.
 
Xatırladaq ki, tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...