Biz qardaşlar heykəl məhbuslarıyıq!

Baxış sayı: 
42
7  
1  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
 Surəti:        Azərbaycan Respublikasının Baş prokuroru
 cənab Zakir Qaralova
Surəti:       Ekologiya və Təbii Sərvətlər naziri cənab
Muxtar  Babayevə
ADP İmişli RT-nın sədri, jurnalist Məhbub Əvəz oğlu Zülfüqarlı tərəfindən
                                                        M Ü R A C İ Ə T
         2006-cı ildən İmişli RİH-nin sərəncamı ilə (Sizlərə dəfələrlə göndərilib) MRX-nın qarşısında 14 hektarlıq parkın satılması və köçürülməsi barədə şikayətlər özümə qarşı yönəldiyindən köçürülən parkın planını sizlərə göndərirəm. Bu “PLAN”-a diqqətlə nəzər yetirin. Bu planla İmişlidə Heydər Əliyevin adına olan əbədiləşdirilmiş park və Şəhidlər Xiyabanı inkar edilib və satılıb. Heydər Əliyevin adına isə Qala qapısı ilə göstərilən eni 1,2 metr, uzunluğu 80 metr olan səki qalıb.
         Bu və ya digər faktlara ,əsasən, İmişli ARKO-Azər MMC (spirt zavod) sahibi S.Səmədov xəritədə göstərdiyim uşaq bağçası tikdirən birinin xüsusi ittiham iddiası əsasında 5 ay həbs olunmuşam. Siyasi məhbus kimi qeydiyyatdayam.
         Plana imza atmış keçmiş Bələdiyyə sədri (şəhər) Fərman Vəliyev bir aydır ki, S.Səmədovun Metrologiya idarəsində rəis işləyir. İmişlidə bütün torpaq sahələrini örüş, park, karxanaların satılmasını bir başa F.Vəliyevin imzası ilə reallaşdırılıb, məsuliyyətə isə cəlb edilməyib.
         Torpaq Komitəsinin sədri Qərib Məmmədov MRX qarşısındakı 14 hektar parkın öz statusuna qaytarılması üçün Şirvan İnzibati-İqtisad Məhkəməsində iddia qaldırdı. Torpaq Komitəsi ləğv edildi və məhkəmədə “varis” tapılmadı. Müşfiq Həsənov iddianın baxılmasını mümkünsüz saydı. Bunu açıqlamaq istəmirəm, hansı ki, bu layihədən “ilan vuran ala çatıdan” qorxan nazirlik və komitə sədrləri mənə məsləhət görürlər ki, məhkəməyə mən müraciət edim.
         Biz qardaşlar heykəl məhbuslarıyıq. Böyük qardaşım rayon Ağsaqqallar Şurasının sədr müavini vaxtı ilə Səməd Vurğun heykəlinə görə Ayaz Mütəllibov və İmişli mafiozlarının sifarişləri ilə 6 il həbs olunub (1990) Ə. Elçibəyin Amnistiyası ilə azadlığa çıxıb və bəraət alıb. Məni isə İmişlili oliqarxların sifarişi ilə S.Səmədovu qabağa verib həbs etdiriblər. Heydər Əliyevin çörəyini yeyənlərin xüsusi qisas hissini dünyanın heç bir ölkəsində görülməyib. Fürsətçil zehniyyət, üzdə YAP-çı, zahirdə isə kim olduqlarını dəfələrlə açıqlamışam.
         Tədbir görmək isə Sizlərin səlahiyyətindədir.
Hörmətlə! ADP İmişli RT-nın sədri, İmişli şəhəri L.Vəliyev küçəsi 38
İmza:                                      Məhbub Əvəz oğlu Zülfüqarlı
07.10.2019
Tel. 050 – 581 – 61 – 88
 

Загрузка...
Загрузка...