“Biz özümüz üçün danışırıq?” - Elman Məmmədov nazirlərin gedişinə hirsləndi

Baxış sayı: 
58
1  
0  

Milli Məclisin bu gün keçirilən iclasında 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Elman Məmmədov hökumət üzvlərini tənqid edib. 

Turaninfo.org xəbər verir ki,Modern.az-ın məlumatına görə, E.Məmmədov qeyd edib ki, Milli Məclisdə dövlət büdcəsi müzakirə edilir, təkliflər irəli sürülür, problemlər qaldırılır, amma bəzi nazirlər bunu eşitmir:

“Biz qaldırdığımız məsələləri hökumət üzvlərinin diqqətinə çatdırmağa çalışırıq, amma onların bir çoxu iclası tərk edib. Biz özümüz üçün danışırıq?”.

Milli Məclisin sədri Oqtay Əsədov isə ona cavab olaraq deyib ki, hökumət üzvləri iki gündür iclasda iştirak edirlər:

“Bəzi sahələrin aidiyyatı şəxsləri gediblər. Amma müzakirəyə aidiyyatı olan şəxslərin hamısı iclasda iştirak edir”.

 

Загрузка...
Загрузка...