“Biz bu seçkiyə getmişik, olmuşuq riyakar?!” - ADP sədri

Baxış sayı: 
141
2  
0  

Sərdar Cəlaloğlu: “A balam, sən yararsızsan da, özün etiraf edirsən ki, mən parlamentə yararsızam”
 
 - Sərdar bəy, builki parlament seçkiləri bambaşqa bir əhval-ruhiyə ilə start götürdü. Seçkilərə qatılanların siyahısına və seçkidə iştirakla bağlı aktivliyə nəzər yetirsək, bu seçkidən gözləntiləriniz nədir?
 
 “İndi sizin məqsədiniz mənə qarşı iş aparmaqdırsa, aparın. Burda Pənah Hüseynov aparsın, orda da...”
 
- Seçkidən qabaq ölkə prezidenti İlham Əliyev seçkinin əvvəlkilərdən fərqli olacağını demişdi. Yerlərdən aldığımız məlumatlara görə, icra başçıları bu prosesə aktiv qoşulur, heç bir müdaxilələrin olmasına yol vermirlər. Dairə komissiyaları əvvəlki kimi necə gəldi qeydiyyat aparmırlar. Fikir verirsinizsə, hər dairədə 15-20 nəfər qeydiyyata alınıb. Faktiki olaraq bu günə qədər heç bir ciddi problem yoxdur. Hətta bu hökumət ATƏT-ə müraciət edib ki,“demokratik seçki görmək istəyirsinizsə, buyurun gəlin görün”, sonra ATƏT özü dəbəyanat vedi ki, “Azərbaycn ilk dəfə demokratik seçki keçirməyə hazırlaşır”. Bu, istər-istəməz cəmiyyətdə, insanlarda bir ümid yaratdı.
 
Biz siyasətçilər isə seçkiyə belə bəyanatlara, çağırışlara görə qoşulmuruq. Hətta İlham Əliyev desəydi ki, antidemokratik seçki keçirəcəyik, biz yenə də seçkiyə qoşulacağdıq, bizim üçün fərqi yoxdur. Amma indiyə qədər seçkidə iştirak etməyən insanların seçkiyə maraq göstərməsi məhz bu bəynatlardan ruhlanmalarının nəticəsidir. Bu da təbiidir, burda elə bir qeyri-adi nəsə yoxdur.
 
- Gəzləntiniz nədir, arzu edilən seçki baş tutacaq?
 
- Açığını deyim ki, Azərbaycanda hakimiyyətdə olan bəzi qüvvələr dəyişimləri, bəzi qüvvələr isə əvvəlki kimi durğunluğu istəyir. Çox təəssüf ki, hələlik bu qüvvələr nisbəti arasında tarazlıq var. Tərəflərin heç biri hər hansı üstünlüyü əldə eləməyib. Köhnə qüvvələr Azərbaycanı dəyişimlərdən saxlamaq istəyirlər. Bundan əvvəl deputat kimi fəaliyyətə yararsız olduğunu sübut etmiş adamlar yenə gəlib deputat olmaq istəyirlər. Bu adamlar əvvəlki illərdəki kimi seçkilərin saxtalaşdırılmasına, əvvəlki illərdəki kimi hakimiyyətin müdaxiləsinə, müxalifətin sıxışdırılıb onların yeinə keçmələrinə ümid edirlər. Yoxsa normal, ağlı başında olan adam bilir ki, o, deputatlığa layiq deyil. Tutaq ki, Zeynəb Xanlarovadır, o birsidr, bu birisidir, bunların  seçkidə iştirakının heç bir mənası yoxdur. Məsələn, YAP-ın üzvləti özləri bəyanat verdilər ki, bu parlament islahatlar üçün yararsızdır. Parlamenti buraxdılar, indi yenidən hamısı, 6-7 nəfər istisna olmaqla təzədən namizədliyini verib. A balam, sən yararsızsan da, özün etiraf edirsən ki, mən parlamentə yararsızam. İndi təzdən gəlib niyə namizədliyini verisən?!
 
“Seçki başlayıb, indi yadınıza düşür ki, demokratik seçki mühiti yaratmaq lazımdır?!”
 
- Yenidən namizədliyini verən siz dediyiniz namizədlər, yəqin ki, qalib partiyanın qərarı ilə irəli sürülür.
 
- Söhbət bu adamın parlamentarlığından gedir, nə dəxli var kim verir. Sən deputat kimi sübut eləmisən ki, nəinki deputatlığın nə olduğunu bilirsən, heç özünü təmsil edə bilmirsən, gəlib xalqı necə təmsil edəcəksən? Məsələn, mən ümid edirəm ki,  ATƏT deyib ki, seçki demokratik olacaq, İlham Əliyev deyib ki, demokratik olacaq. Mən də indiyə qədər apardığımız siyasətə görə ümid edirəm ki, mən mütləq qalib gələcəm.
 
Bəs bunlar nəyə ümid edirlər? Yəqin ki, ancaq seçkinin saxtalaşdırılmasına ümid edirlər. Bu baxımdan bu seçki yalnız iqtidar-müxalifət arasında seçim deyil, bu seçki dəyişilmək istəyənlərlə durğunluq istəyənlərin tərəfdaları arasında, saxtakarlarla düz yolla getmək istəyənlərin arasındakı mübarizə olacaq. Təbii ki, bu mübarizəyə biz qoşulmalıyıq.
 
Mən deyə bilmərəm neçə adam bu prosesə vicdanlı, namuslu seçkinin tərəfdarı kimi qoşulub. Şəxsən mən özüm bu seçkilərə vicdanlı, namuslu bir adam kimi qoşulmuşam. Nə seçkidə saxtalaşdırmaq fukrim var, nə başqa saxta əməllərə əl atmaq. Qanunun imkan verdiyi çərçivədə işimi aparacam.
 
- Sizcə müxalifət özü ümumilikdə bu seçkiyə hansı güclə qatıldı və birlik nümayiş etdirə bildilərmi?
 
- Azərbaycan müxalifəti böhran dövrünü yaşayır, faktiki olaraq bir araya gəlməyib. Faktiki olaraq nə seçkidə iştirak edənlər, nə seçkini boykot eliyənlər normal bir siyasi xətt apara bilmirlər. Vaxtıilə seçkidə bir iştirak edənlər indi bir-birinə alternativ verirlər, seçkidən kənarda duranlar seçkidə iştirak edənlərə hucum edirlər. Bu, Azərbaycan müxalifətinin siyasi böhanıdır. Bu baxımdan müxalifətlə bağlı heç də ürəkaçan bir söz demək istəmirəm.
 
- Qardaşınız, vəkil Qurban Məmmədovun özünün “facebook” hesabında yazdığı bir fikrə, suala diqqət yetirmək istərdim. O, seçkidə iştirak edənlərə sual edir ki, saxtakarlıq olan seçkidə iştirak etmək riyakarlıq deyilmi? Buna cavabınız nədir?
 
- Qurban bəy çox şeyi başa düşmür, anlamır. Məsələn, iki cür müharibə var - ədalətli müharibə, ədalətsiz müharibə. Ədalətli müharibə odur ki, sən hüquqlarını qorumaq üçün müharibə etməyə məcbursan. Məsələn, bizim ərazilər işğal olunub, bizim Ermənistana qarşı apardığımız müharibə ədalətlidir. Ermənistan işğalçıdır, pis niyyətlə prosesə qoşulub, onun apardığı müharibə ədalətsizdir. Biz seçkiyə qoşulmuşuq və ədalətli, demokatik seçkinin tərəfdarıyıq. Saxtakarlıq və riyakarlıq onu istəməyənlərdir və saxtakarlıq və riyakarlıq əks tərəfə aiddir, bunun bizə nə aidiyyatı var..
 
- Maraqlıdırki, seçkiyə qatıldığına görə daha çox müxalifət qınanır.
 
- Hamı siyasətçi deyil. Qurban bəyin yaxından-uzaqdan siyasətlə əlaqəsi yoxdur, bunu başa düşmək lazımdır. Mən istəmirdim belə yersiz polemikalara girim. O, yaxşı hüquqşünasdır, amma siyasət başqa şeydir axı.. Bəzi adamlar ki, deyir ey, mən siyasətçiyəm, onlara siyasətdən 3-4 dənə ən ümumi siyasi məsələlərlə bağlı sual ver, görün onların təsəvvürləri var? Yalandan hər şeyə siyasət deməklə siyasət olmur ki... Sən işini aparmalısan ki, siyasətin görünsün. Mən siyasətçiyəm, seçkiyə gedirəm. Lap ölkədə antidemokatik seçki var. Bundan əvvəl Qurban Məmmədov seçkidə iştirak edib, seçkidə Etibar Məmmədovu müdafiə edib, Əli Kərimlinin prezidentliyini müdafiə edib. Xeyir ola, sən seçkidə iştirak edəndə riyakar olmursan, özü də bundan da betər vəziyyətdə. Amma indi hökumət seçkilərin demokratik keçiriləcəyini bəyan edir, ATƏT deyir ki, göləntimiz var ki, seçki demokatik keçiriləcək və biz bu seçkiyə getmişik, olmuşuq riyakar?! Pənah Hüseyn də belə deyir, Əli Kərimli də belə deyir. Ə, xeyir ola, siz ATƏT-in də saxta adlandırdığı, hökumətin də demokratik seçkidən danışmadığı bir vaxtda seçkiyə gedib iştirak edəndə, prezident seçkilərində iştirak edəndə olur qəhrəmanlıq, Sərdar Cəlaloğlu iştirak edəndə olur riyakarlıq?! Sən özün parlament seçkilərində iştirak etmisən, antidemokratik prezident seçkilərində kimlərəsə vəkillik etmisən, onda sən riyakar olmamısan.. bu nə deməkdir, “mən varamsa dünya var, yoxamsa dünya yoxdur”?
 
- Seçkiyə qatılmayanların seçkiyə qatılanları riyakarlıq itihamı ilə geriyə çağırma xətti hansı mübarizə üsuludur, demokratikləşməyə nə verə bilər?
 
- Bu, mübarizə falan deyil. Keçən seçkilərdə də dedim, mən keçən seçkilərdə də iqtidardan çox müxalifətin təpkilərinə qarşı mübarizə apardım. Müxalifət iqtidardan çox mənə qarşı mübarizə aparırdı. İndi də iqtidar qalıb qıraqda, həm özünü müxalifət adlandıran, özünü blogger adlandırıb xaricdə oturanların hamısı düşüb bizim üstümüzə. Ay qardaşım, Azərbaycanda yaranmış problemlərin günahı məndədir?!.  Mən hakimiyyətdəyəm, mənim əlimdə resursslarım var?!.
 
- Hakimiyyətin adamısınız....
 
- Onda get hakimiyyəti ittihamla ki, niyə adamın var. İndi guya mən məsəlçün, “adamıyamsa”, mən getsəm, başqası olacaq da “adamı”. Sən hökumətin üstünə get də. Bu, məntiq deyil axı. Onda mən də sənə deyirəm ki, sən hakimiyyətin adamısan.  Mən bunu Pənah bəyə də dedim ki, sən deyirsən ki, seçkilərdə iştirak eləmək hökumətə işləməkdir, mən də deyirəm ki, seçkini boykot eləyənlər də ruspərəst qüvvələrin planıdır. Ataların bir sözü var, deyir “yolda tez-tez gedirsən deyirlər bicdi, yavaş-yavaş gedirsən, deyirlər gicdir”. İndi də seçkiyə gedirsən, deyirlər hökumətin adamıdır, boykot edirsən deyirlər hökumətin adamıdıır. İndi şəxsən Qurban Məmmədov həm də mənim ailə üzvüm olub, məni ailəmin içindən tanıyır. Hələ sovet hökuməti dağılmamış vaxtlardan o bilirdi ki, mənim hansı fikirlərim var.  O, deyir ki, məni hərəkata qoşan, millətini sevdirən sən olmusan. Orta məktəbdə oxuyanda mən ona məktublar yazırdım ki, dövlətimiz azad olmalıdır, millətimiz azd olmalıdır və sair. Onları bu günədək saxlayır. İndi səni adam edən bir adama deyirsən riyakar, ağzına gələni danışırsan. Ay kişi, bir yuxarıya bax, bir aşağıya bax. Sən bilməlisən ki, yuxarıya tüpürən adamın tüpürcəyi gec-tez öz üstünə düşəcək. Mən səndən çox-çox yuxarıdayam. Məni ittiham eləyənlərdən, elə hökumətdə olan adamlarından da mənəvi cəhətdən də, xalqın qarşısında xidmətlərim, şəxsi nailiyyətlərə görə, intelektual hazırlığına, öz üzərində işləməsinə görə və sairə, hamısından çox-çox yuxarıdayam. Ha mənə tüpürcək tüpürün, öz üstünüzə düşəcək. Çünki təcrübə göstərir ki, siz dediyiniz adamlarsız, mən yox. Mən düz xətti tutub gedirəm, 50 dəfə əyri xəttləri kəsib keçəcəyəm. 30 ildir siyasətdəyəm, mənim haqqım yoxdur parlament seçkilərində iştirak edəm? Prezident seçkilərində 2-ci yerə çıxmışam, mənim əhali arasında nüfuzumun necə olduğunu bilirəm. Mən bilmirəm ki, mən bu seçkiləri udacağam? Hətta antidemokratik seçki belə olsa, seçkini udmağa gedirəm, nəticə saxtalaşdırılacaqsa, o başqa məsələ. Hə, əgər mən bu seçkiləri udmadan parlamentə düşmək niyyəti ilə gedirəmsə, sən deyəndir, hökumətin adamıyam, hökumət mənə saxta mandat verəcək. Bunların başa düşmədiyi budur ki, bu adam seçkiyə necə gedir. Hə, mən seçkiyə gedirəm ki, öz gücümə udam. Sən deyə bilərsənmi, Sərdar Cəlaloğlu bu dairədə udmayacaq...
 
Bunu deyəcəksənsə bu başqa. O gün Pənah istəyir mənə sübut eləsin ki, ordakı alternativlər məni uda bilər. Özü də biri Elçibəyin qohumu olduğuna görə, o birisi Müsavatın başqanı olduğuna görə, o birinin pulu olduğuna görə. Hərəyə bir ad qoymaqla guya məndən üstün olduqlarını dedi. “İndi sizin məqsədiniz mənə qarşı iş aparmaqdırsa, aparın. Burda Pənah Hüseynov aparsın, orda Qurban Məmmədov aparsın, nə bilim Arif Hacılı aparsın, aparın. Onsuz da sizin rəqibiniz real şəkildə hökumət olmayıb ki. Sizin həmişə rəqibiniz müxalifətdə olan hansısa bir lider olub. Ya İsa Qəmbər olub, ya Sərdar Cəlaloğlu, ya Əli Kərimli. Guya Qurban Məmmədovun “bu nə siyasi riyakarlıqdır” deməsi mənim üçün təzə məsələdir?.. Sən “siyasi riyakar” deməklə, mən oldum riyakar?!. Sənin özün düz yolun nə olduğunu bilirsən?! Biz hamımız bir-birimizi tanıyırıq. Həm insan kimi, həm siyasətçi kimi, həm millətə-dövlətə bağlılıq kimi, həm də bir-birimizin keçmişimizi bilirik, bir-birimizin atdığı addımların şahidi olmuşuq. Bu nə deməkdir?
 
“Seçkidən qabaq sən məni heç insan yerinə qoydun?! Biz 50 dəfə dedik müxalifət bir araya gəlsin”...
 
- Nə etməlidirlər, sussunlar?
 
- Niyə sussunlar ki?.. Desin, amma ad qoymaq nə deməkdir, sifət vermək nə deməkdir?! Desin ki, mən bu seçkilərdə iştirak eləmirəm. Hə eləmə, lap yaxşı. Axı seçkidə iştirak eləmək mənim hüququmdur. Sən hüququmdan istifadə etdiyimə görə məni riyakar adlandıra bilməzsən, məni ittiham edə bilməzsən. Qardaşım, sən insan hüquq və azadlıqlarına qarşı iqtidar kimi mübarizə aparırsan. Çünki mən konstitusyon hüququmdan istifadə etdiyimə görə məni riyakar adlandırırsan. Konstitusiyada yazılmayıb ki, yalnız demokratik seçkilərdə vətəndaşlar öz namizədliklərini irəli sürə bilərlər. Konstitusiyada yazılıb ki, hər bir vətəndaş namizədliyini irəli sürüb dövlət orqanlarında  təmsil oluna bilər. Mən də sürmüşəm. Seçki antidemokratikdir, demokratikdir mənə nə aidiyyatı var. Guya antidemokratik ölkələrdə seçki olmur, orda müxalifət seçkidə iştirak etmir? Hər yerdə seçki var və müxalifət də iştirak edir. Bizə gələndə deyirlər qoy ideal seçki olsun sonra biz seçkiyə gedək. O ideal seçkini kim yaradacaq?!. Dünyanın harasında elə sən dediyin ideal seçki var. Amerika bilirsiz ki, demokratiyanın mərkəzidir. İndi Trampı çıxardırlar ki, Rusiyadan sənin seçkilərinə müdaxilə olub. Onların da saxtakarlığı dövlətlər səviyyəsindədir. Bizimkini Həsənqulu, Hüseynqulu saxtalaşdırır, onlarınkını da Rusiya kimi dövlətlər... Bu proses belədir. Yoxsa seçkidə iştirak eləmə, hə nə olsun, bu bəyəm insan hüququ və azadlıqlarının qorunması deməkdir. İnsanların öz hüquqlarından imtina eləmələri, könüllü şəkildə kölə olmaq deməkdir da... sən niyə hüquqdan istifadə eləmirsən? Hə, “o saxtalaşdıracaq ona görə”- deyirsən. Saxtalaşdıracaqsa, bu onun cinayətidir. Cinayətkar var deyə biz yaşamayaq bu ölkədə? Məntiq yoxdur axı!. Mən o gün Pənah Hüseynova da dedim. Deyir, yox axı normal demokratik seçkilər yoxdur. Deyirəm onu kim keçirəcək. Deyir gəlin yaradaq. Deyirəm bəs yaradardız da, seçkidən qabaq sən məni heç insan yerinə qoydun?! Biz 50 dəfə dedik müxalifət bir araya gəlsin,gəldiz, yox! Seçki başlayıb indi yadınıza düşür ki, demokratik seçki mühiti yaratmaq lazımdır. Yaradaydın da. Yığışdılar bir dənə Funksional Əməkdaşlıq Birliyi yaratdılar, həmin birliyin içində ikisi boykot edir, üçü seçkiyə gedir, biri  ümumiyyətlə seçki ilə maraqlanmır. Biabırçılıqdır.

Загрузка...
Загрузка...