​Bir qida əlavəsində iki ÖLÜM RİSKİ - Mütləq əməl edin

Baxış sayı: 
96
1  
0  

Bədən üçün ən zəruri minerallardan biri olan duz, həddindən artıq istifadə edildikdə xərçəngdən diabetə qədər bir çox ciddi xəstəliklərə səbəb olur. Buna görə də duz istehlakı orta miqdarda həyata keçirilməlidir.
 
Publika.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ekspertlər ciddi xəbərdarlıq ediblər.
 
Qidalanmada qeyri-müntəzəm davranış, hərəkətsiz qaldığımız pandemiya günlərində də artıb. Xüsusilə, bu dönəmdə həddindən artıq duz istifadəsi təhlükəlidir və sağlamlıq üçün ciddi problemlərə yol aça bilər.
 
Hazırda dünyada duz istehlakı ilə ürək-damar xəstəlikləri arasında əlaqəni qiymətləndirən tədqiqatlar mövcuddur. Bildirilir ki, duzdan həddindən artıq az istifadə mənfi nəticələrə səbəb olur. Bu qida əlavəsindən gündə 3 qr-dan aşağı istifadə zamanı ürək-damar xəstəlikləri sürətlənir və ölüm riski artır. Bilirik ki, duz yalnız sodyumdan ibarət deyil. Onun tərkibində xlor mövcuddur. O da insan orqanizminin fəaliyyətində əhəmiyyətli funksiyaya malikdir.

Загрузка...
Загрузка...