​“Bir əlimizdə qoğal, o biri əlimizdə qamçı var” - Amerika Almaniyanı niyə sıxır?

Baxış sayı: 
84
1  
0  

 
Səfir açdı sandığı...
ABŞ-ın Berlindəki səfiri Richard Grenell hesab edir ki, Almaniyada NATO-nun tələblərinə uyğun olaraq hərbi xərclərin artırmalıdır, əvəzində rəsmi Berlin "Şimal Axını - 2" qaz kəmərinin çəkilişinə dəstək verir. “Die Welt” nəşrinə açıqlamasında səfir vurğulayıb ki, Almaniyanin Rusiyaya təzyiq göstərmək üçün ciddi vasitələri var. Ancaq Almaniya bundan istifadə etmir. Əgər Almaniya Rusiyanın nüvə arsenalından bu qədər narahatdırsa, onlar Moskvadan qaz alıb Kremlin daha da güclənməsinə şərait yaratmamalıdır.
 
“Reuters” agentliyi Almaniya nəşrinə istinadən belə yazır.
 
“ABŞ və Avropadakı tərəfdaşları uzun müddətdir ki, bu kimi problemlərin mövcudluğu barədə danışmaqdan yan keçməyə çalışıb”. Amerikalı səfir belə deyib.
 
Əlavə edib ki, bəzi sahələrdə ABŞ ilə Almaniya arasında münasibətlər daha dərinə işləyib, ancaq bu ölkələr arasında münasibətlərin dinamik inkişafı üçün qarşılıqlı şəkildə inam olmalıdır: “Biz qarşılıqlı münasibətlərdə özümüzü rahat hiss etdiyimiz sahələrdən çıxıb mübahisəli məsələlər üzərində fikrimizi cəmləşdiməliyik. Məsələn, biz aydınlaşdırmalıyıq ki, nədən Almaniya NATO qarşısında götürdüyü (hərbi xərclərin artırılması nəzərdə tutulur. E.H) öhdəliyi yerinə yetirmir”.
 
 
Səfir qeyd edib ki, Almaniya bu vədi ABŞ-a yox, “dünyanın ən üstün müdafiə birliyi olan NATO-ya verib”.
 
Almaniya 2024-cü ilə qədər hərbi xərclərin Ümumi Daxili Məhsulun 1.5 faizi qədər artırmağı nəzərdə tutur. Səfir hesab edir ki, bu doğru deyil. Çünki NATO üzvləri arasında bu, Ümumi Daxili Məhsulun 2 faizi səviyyəsində olmalıdır. Bu, ABŞ-ın tələbi deyil, Almaniyanın NATO qarşısında götürdüyü öhdəliyə görə, bu, belə olmalıdır: “Amerika sadəcə öz sevimli tərəfdaşına deyir ki, indi NATO-nun zəiflədilməsi zamanı deyil”.
 
“Rusiya qarşımızda dayanıb, hər tərəfdaşa aydın olmalıdır ki, indi NATO-nu gücləndirmək lazımdır. Almaniya kansleri Angela Merkel Rusiyaya deyə bilərdi ki, Rusiya özünü belə kobud apardığına görə Almaniya Moskvadan qaz alıb onu daha da gücləndirmək fikrində deyil”. ABŞ-ın Berlindəki səfiri Richard Grenell “Die Welt”nəşrinə müsahibəsində bu kimi fikirlərə yer verib.
Səfir onu da qeyd edib ki, Avropa birlikdə və güclü olsa bu, ABŞ üçün çox yaxşı olardı. Avropada isə Almaniya açar ölkədir.
 
ABŞ hökuməti "Orta və kiçik mənzilli raketlərin ləğvi" müqaviləsində iştirakını ona görə dayandırdı ki, Rusiya uzun illər ərzində həmin müqaviləni pozurdu. Bu məsələ ilə bağlı ABŞ bir neçə dəfə Almaniyaya müraciət edib, deyib ki, bu pozuntulara görə Rusiyaya təzyiq göstərsin.
 
Səfir bildirib ki, Amerikada sıxılmış qaz ticarəti gündəmə gəlməmişdən xeyli öncə ABŞ “Şimal Axını-2” qaz kəmərinə qarşı olub. Amerika çoxdandır ki, Avropanın alternativ enerji mənbələri ilə təcizatına çalışır.
 
Səfirə görə, bu və ya digər məsələlərlə bağlı anlaşmada çətinlik olsa da ABŞ-la Almaniya tərəfdaşdır: “Biz eyni dəyərləri bölüşürük, eyni dünya görüşünə malikik. Biz demokratiyaya, kapitalizmə və insan haqlarına inanırıq”.
 
Müsahibəsinin sonunda səfir deyib ki, əslində biz heç “Şimal Axını” (1)-ə qarşı da deyildik. Bizi narahat edən odur ki, bizim dostlarımız Rusiya qazından asılı vəziyyətə düşür. Ona görə də “Şimal Axını-2” ortaya çıxanda biz dedik ki, bu, lap ağ oldu. Son 12ildə Rusiya Avropaya göndərdiyi qazı 4 dəfə kəsib: “Rusiyanın vədinə inanmaq, Çinin “Huawei” şirkətinin “biz texnologiyanı oğurlamırıq” bəyanatına inanmaq kimi bir şey olardı”.
 
“Tramp doktirinası”na aydınlıq gətirən səfir deyib ki, bu, təxminən belə bir şeydir: “Bir əlimizdə qoğal, o biri əlimizdə qamçı tutmuşuq. Venesuela, Şimali Koreya, Rusiya və İrana münasibətdə siz bu siyasəti aydın görə bilərsiz. Əvvəl bu ölkələrlə danışığa gedirik, anlaşma əldə olumadıqda sərt sanksiyalara əl atırıq. Bu siyasət Şimali Koreya, qismən də Venesuelada öz müsbət nəticəsini verdi. Rusiya ilə hələ bir şey alınmayıb, ancaq biz təzyiqləri gücləndiririk, eyni zamanda isə danışıqlar prosesini davam etdiririk. İrana tətbiq etdiyimiz sanksiya da eyni məqsədə xidmət edir”.
 
Elbəyi Həsənli
Musavat.com

Загрузка...
Загрузка...