​“Bir dəmir parçasına görə bir-birlərinə...” – Xalq artisti “Maşın”la bağlı qalmaqaldan danışdı

Baxış sayı: 
40
1  
0  

 
“Maşın” şoudan atasının iradı ilə əlini çəkərək gedən Xalq artisti Bilal Əliyev yarışmadakı hazırkı durumu dəyərləndirib.
“Yeni Sabah”a danışan tanınmış müğənni bu sözləri deyib:
 
“Mən bircə onu bilirəm ki, bu bir oyundur. Orada gərək heç kim bir-birindən inciməsin. Yəni, oyunçular çalışırlar, kim daha güclü rəqibdirsə, onları tez vursunlar, aradan çıxarsınlar ki, zəiflər qalsın sona və maşını da istəyən adam apara bilsin. Mən belə düşünürəm, indi başqa şeylər varsa, mən bilmirəm”.
 
Bilal Əliyev bir dəmir parçasına görə insanların bir-birlərini qırmasını dəstəkləmədiyini bildirib:
 
“Yox, peşmanlığım yoxdur. Bilirsiniz, mən nəfsimi cilovlaya bilən, nəfsinə qalib gələ bilən adamam. Mən nəfsi tox insanam. 10 dəfə Hacı adını almışam. Həmişə düşünürəm ki, bir tikə çörək tapıb qidalanmaq, həyatda yaşamaq hər şeydən təmizdir. Belə olanda Allah yanında da insan sevimli olur. İnsan həyatda yemək üçün yaşamamalıdır, yaşamaq üçün yeməlidir ki, bir balaca yaşaya bilsin. Yoxsa görməmiş kimi işlər görmək, bir dəmir parçasına görə insanların bir-birlərinə nalayiq sözlər deməsi filan... Bunlar mənə yaraşan şeylər deyil və heç kimə də məsləhət görmürəm”.
 
“Niyə Kəmalənin əlini maşından çəkməyini vermədiniz? Nəyə görə pul alıb sildiniz? Əgər düzgünlük varsa, işinizi düzgün edin. Niyə düzgün iş görmürsünüz? Mən həqiqət nədirsə, onu deyirəm. Həqiqət budur, yaxşı day-dayın olmalıdır, arxanda səni saxlayan kişi olmalıdır. İmkanlı olsun, oteli olsun, klinikası, restoranları olsun. O pul buraxsın sənin arxandan. Həqiqət budur, əzizim”, - deyə sərt sözlər dilə gətirən müğənni Rəksanə İsmayılovaya B. Əliyev cavab verib:
 
“Mən elə bilirəm ki, kişilərə də yetərincə dəstək olanlar var. Məsələn, Ramalı kifayət qədər dəstəkləyənlər var. Mən görürəm. Özüm oyundan çıxsam da, şouya baxıram. Niyamı çox dəstəkləyənlər vardı. Birinci gün mən özüm də Namiq üçün səs istədim. Namiq səs topladı, onu Azərbaycanda çox dəstəkləyənlər var. Aşıq sənətini, folklorumuzu sevən insanlar hamısı onu dəstəkləyirdilər. Kişiləri də yetərincə dəstəkləyən insanlar var”.
 
“Mazut iyi gələnin yanında oturmaram” deyən Əməkdar artist Vasif Məhərrəmlinin sosial şəbəkələrdə xeyli müzakirə olunan bu sözlərinə də B.Əliyev öz münasibətini bildirib:
 
“Bilirsiniz, hər insanın özünün şəxsi fikirləri var. Bu da onların öz fikirləridir. Amma məndən soruşsanız ki, mən necə fikirli insanam... Mən deyərəm ki, məni həyatda yaşamaq üçün, yaratmaq üçün bir tikə çörək qane edir və mən daim mazutlu insanların yanında oturmuşam, onları qucaqlayıb, bağrıma basmışamm”.
 
Əsmətxanım

Загрузка...
Загрузка...