Biləsuvarda baş verən qəzada sərnişin qadın xəsarət alıb

Baxış sayı: 
80
2  
0  

Bu gün günorta saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən 94-cü km-də bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Turaninfo.org xəbər verir ki,Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, “Mercedes” markalı minik avtomaşını hərəkətdə olarkən, onun yoluna ötmə əməliyyatında olan “BMW” markalı minik maşını çıxıb.

”Mercedes”in sürücüsü toqquşmadan yayınmaq üçün manevr etmək istəyərkən yolun kənarına aşıb və maşında olan sərnişin - 51 yaşlı Şəki şəhər sakini Ətirnaz Məmməədova xəsarət alıb. Baş nahiyəsindən xəsarət alan qadın Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Загрузка...
Загрузка...