Beyləqanlılar şokda: Bərbər manyak çıxdı – TƏFƏRRÜAT

Daha bir qətl beyləqanlı bərbəri serial qətllər törədən qatilə çevirəcəkdi (cinayət qanunvericiliyinə görə, üç və daha artıq qətl törədən şəxs serial qatil hesab olunur), amma hüquq-mühafizə orqanlarının əməkdaşları buna mane olublar.
Beyləqan rayonunda Polis İdarəsinin əməkdaşları bir dəfəyə iki cinayətin üstünü açıblar.
Bunu Sputnik Azərbaycan-a Beyləqan rayonunun hüquq-mühafizə orqanlarından bildiriblər.
Aprelin 2-dən 3-nə keçən gecə, Beyləqan rayonunda tək yaşayan Ramilə Əsədova öz mənzilində qətlə yetirilib. Məhkəmə-tibb ekspertizası öldürülmüş şəxsin bədənində çoxsaylı bıçaq yaraları aşkarlayıb. Ayın 5-də artıq istintaq-əməliyyat qrupu cinayətin izinə düşüb və 1990-cı il təvəllüdlü Rövşən Nəsirovu şübhəli şəxs qismində saxlayıb. Cavan oğlan iş yerində — şəhər bazarı ərazisində yerləşən kişi salonunda saxlanılıb.
Saxlanılan şəxs bildirib ki, əvvəlcə qadın yanına gedib ki, onunla vaxt keçirsin. Lakin sonra onun ağlına soyğunçuluq etmək gəlib. O, dərhal bıçağı çıxararaq qadına ard-arda bıçaq zərbələri endirib. Sonra qatil evi axtarıb. Amma əlinə çox az şey keçib – 30 manat pul və qızıl zəncir.
Bu cinayəti araşdırarkən hüquq mühafizəçiləri başqa bir analoji cinayəti üstünü açıblar. Məlum olub ki, 2017-ci ilin oktyabrında itkin düşən yerli sakin Kamil M. (etik normalara əsasən ad dəyişdirilib) də bərbər Nəsirovun törətdiyi qətlin qurbanı olub.
Saxlanılan şəxs etiraf edib ki, həmin vaxt boşandıqdan sonra depressiya vəziyyətinə düşüb. Arvadı Nəsirovdan ayrılıb. O, küçədə Kamillə görüşüb və onu aldadaraq evinə dəvət edib. Nəsirovun sözlərinə görə, o, həmin gənclə cinsi əlaqədə olub və sonra onu öldürüb. Maraqlıdır ki, əvvəllər polis Kamilin qatilini harada axtaracağını bilməyib. Çünki kimsə onu Nəsirovun ətrafında görməyib.
Nəsirov Kamilin cəsədini evinə bitişik balaca tikilidə dəfn edib. Hüquq-mühafizə orqanlarınını əməkdaşları orada itkin düşmüş gəncin sümüklərinə rast gəliblər.
Faktla bağlı araşdırma davam edir.

Загрузка...
Загрузка...