“Beyinə qan sızmasına, ürək infarktına yol açır” — Enerjimizi yeyən enerji içkiləri – VİDEO

Baxış sayı: 
52
1  
0  

Kiçikdən böyüyə hər kəsin həvəslə alıb içdiyi enerji içkilərinin fəsadlarından çoxunun xəbəri yoxdur.
“Minval.info” xəbər verir ki, enerji içkiləri tərkibində kofein, taurin, vitaminlər, bitki mənşəli əlavələr, digər dadlandırıcı maddələr olan dözümlülük, fiziki gücü gücləndirən içki kimi qələmə verilir. Amma həkimlər bununla razılaşmır.
 
Röyalə Quluzadə – Həkim: “Ümumiyyətlə şəkərli insanlar və şəkərli diabetə meyilli insanlar bu içkilərdən qətiyyən istifadə etməməlidirlər . Ürək qan-damar sistemi xəstəliyi olanların da istifadə etməsi doğru deyil. Qısa zamanda arterila təzyiqin qalxmasına səbəb olduğu üçün çox risklidir. Belə ki, beyinə qan sızma, ürək infarktı kimi fəsadlara yol aça bilər”.
 
Sakin: “İçməmişəm, içmək fikrim də yoxdur”.
 
Sakin: “Ziyanlı olduğu deyilir. Qiymətlər də qalxıb, artıq başqa sular içilsə daha məsləhətli olar”.
 
Sakin: “Bizim vaxtımızda kompot, şirələr vardı. Özümüz çəkib, özümüz içirdik, heç bir xəstəlik də yox idi”.
 
Kofein fiziki olaraq ürək ağrıları riskini artırır. Skelet əzələlərini stimullaşdırır, insulin həssaslığını azaldır. Böyük həcmdə enerji içkisi qəbul edilməsi ciddi fəsadlara, qıcolmalara, insult və qəfil ölümə səbəb ola bilər. Həkimlər hamilə qadın və uşaqların bu içkiləri qəbul etməsini isə qəti qadağan edir.
 
Röyalə Quluzadə – Həkim: “Ən azından 18 yaşına çatmayanlar istifadə etməsin. Hamilə qadınlar da isə kofeinin istifadəsi bətndaxili qüsurlara gətirib çıxara bilər.
 
Avropa ölkələrinin artıq qanunvericiliklə də üz çevirdiyi bu içkilərin Azərbaycanda alıcılarının getdikcə artması mütəxəssisləri hərəkətə keçməyə məcbur edib. Qida təhlükəsizliyi İnstitutu əhaliyə müraciət edir:
 
Aysel Cəlilova – Keyfiyyətə Nəzarət Departamentinin əməkdaşı: “Onların etiket məlumatlaırna diqqət yetirsinlər. Tərkib məlumatlarında zərərli maddələrin olub-olmamasına baxsınlar”.
 
Enerji içkiləri spirtli içkilərlə birgə qəbul edilərsə, zəhərlənməyə də səbəb ola bilər. Daha çox enerjili olmaq istəyi insanın qalan ömrünün də enerjisini əlindən ala bilər.

Загрузка...
Загрузка...