Beşmərtəbəli binada güclü partlayış - ÖLƏNLƏR VAR
17-11-2019 13:29
Baxış sayı:
46

Banqladeşin Çittaqonq şəhərində beşmərtəbəli binada güclü partlayış baş verib.
Publika.az TASS agentliyinə istinadla xəbər verir ki, yerli vaxtla saat 8:30 radələrində binanın birinci mərtəbəsində qaz xəttində baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 8 nəfər xəsarət alıb. Yalananlar xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.