​Beş gün dərs olmayacaq - SƏBƏB

Baxış sayı: 
65
2  
0  

Azərbaycanda fəaliyyət göstərən məktəblərdə payız tətilinə az qalıb.
 
Publika.az xəbər verir ki, noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə payız tətili başlayır.
 
“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, 16-20 noyabrda ümumtəhsil məktəblərində beş günlük payız tətili olacaq.
 
Məktəblərdə tədris ilinin beş günlük növbəti - qış tətilinin müddəti isə 27-31 yanvarda nəzərdə tutulub.
 
Qeyd edək ki, 1-5 mayda ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili müəyyən edilir.

Загрузка...
Загрузка...