Beş deputata yeni vəzifə verildi

Baxış sayı: 
158
1  
0  

 
gün Milli Məclisin yaz sessiyasının ilk iclası keçirilir.
 
Modern.az saytı xəbər verir ki, iclasda 38 məsələ müzakirəyə çıxarılıb.
Gündəlikdə duran iki məsələ İntizam komissiyasının və Hesablayıcı komissiyasının yenidən təşkil edilməsidir.
 
Hər iki məsələ səsə qoyularaq qəbul olub.
 
İntizam Komissiyasının tərkibinə Ağacan Abıyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa ilə yanaşı, yeni üzvlər – Malik Həsənov, Sevinc Hüseynova, Hikmət Məmmədov, Pərvin Kazımzadə, Fəzail İbrahimli də daxil edilib.
 
Kamran Nəbizadə komissiyanın tərkibindən çıxarılıb.
 
Xatırladaq ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, İntizam komissiyasının üzvlərinin sayı 7-dən 11-ə artırılıb.
 
Qanunverici orqanın Hesablayıcı komissiyasının isə tərkibi dəyişməyib.
 
Komissiyaya Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Xanhüseyn Kazımlı, Rafael Hüseynov, Zahid Oruc, Mixail Zabelin və Sədaqət Vəliyeva daxildir.

Загрузка...
Загрузка...