Beren Saat SUSQUNLUĞUNU POZDU - FOTO/VİDEO

Baxış sayı: 
52
3  
0  

Uzun müddətdir ki, mətbuatdan uzaq gəzən aktrisa Beren Saat susqunluğunu pozub.
 
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Netflix”in Türkiyə istehsalı ilə lentə alınan “Atiye” serialında rol alan aktrisa Beren Saat “Based İstanbul ” jurnalı üçün kamera qarşısına keçib. O, müsahibəsində bildirib ki, “Aşkı-Memnu” serialındakı tərəf müqabili Selçuk Yöntemin onun sənətə gəlişində rolu olub:
 
“9-10 yaşında idim, Selçuk Yöntemin “Ben Feuerbach” oyununu izləmişdim. Finalda dəmir inşaat pilləkənləri, yanan işıqları və Selçukun ora getdiyi yolu hələ də xatırlayıram. “Burada olmaq istəyirəm” hissi baş qaldırdı”.
 
 
 
Kinonun sosial mövzulara toxunmadığını söyləyən aktrisa, komediya layihələrinin üstünlük təşkil etməsindən gileylənib:
 
“Çox qaranlıq və mürəkkəb dövrlərdən keçdik, indi onların bədii ifadələrini görürük; musiqidə, kitabda və teatrda. Təəssüf ki, kinoda çox yaşaya bilmirik. Çünki kinomuz komediya inhisarındadır”.
 
Beren Saat məşhurluğun həyatına təsirindən də söz açıb:
 
“Məşhurluq, sən məşhurlaşana qədər əlçatmaz görünür. Amma həqiqətən məşhur olduğunuz gün, sizin üçün həbsxana, hətta bir hücrədir”.
 
Sadəliyi sevən aktrisanın videoçarx və fotolarda dəbdəbədən uzaq olması, xüsusilə makiyajdan minimum istifadə etməsi nəzərdən qaçmayıb. Yeri gəlmişkən, aktrisa bir neçə il əvvəl verdiyi müsahibədə etiraf etmişdi ki, dəb jurnallarının üz qabığına çəkilməkdən imtina edib. Buna səbəb kimi, fotoşopla üz quruluşunun dəyişdirilməsini göstərmişdi.
 
Aytən Məftun

Загрузка...
Загрузка...