Bella Hadinin qüsursuz dərisinin sirri ortaya çıxdı

Dünya şöhrtəli model Bella Hadidin sağlam qidalanma üzrə məsləhətçisi Çarlz Pasler onun qüsursuz dərisinin sirlərini sadalayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Hadidin dietoloqu dərinin parıltılı və sağlam görünməsi üçün 3 sadə vasitəyə ehtiyacı olduğunu bildirib. Onun sözlərinə görə, xlorofil damlaları çox faydalı xassələrə malikdir:
"Çin təbabətinə görə, bu damlalar dərinin parlaqlığını artırır. Xrolofil həzm sistemində toksinlərin atılmasına yardımçı olduqları üçün dəriyə birbaşa təsir edir. Xrolofil eyni zamanda ağız qoxularını da aradan qaldırır”.
Paslerin ikinci təklifi isə C vitaminidir:
“C vitamini yara və yanıqların yaxşılaşmasını təmin etdiyi kimi dəriyə parlaqlıq qazandırar. Bu vitamin portağal, limon, kələm, quşburnu, təzə qırmızı bibər, cəfəri, kivi, brokoli, limon, ananas, kartof, çiyələk kimi bir çox meyvə və tərəvəzlərdə var”.
Sağlam qidalanma üzrə mütəxəssis son olaraq Koferment Q10 kapsulunu məsləhət görüb. O bildirib ki, Koferment Q10 dəri dəri ləkələrini aradan qaldırıb hüceyrələri yeniləyir. Eyni zamanda ürək çatışmazlığı kimi halların simptomlarını yüngülləşdirməyə yardımçı olur.
Aytən

Загрузка...
Загрузка...